Accessibility links

Suriyada 3 ekstremist lider öldürülüb


Suriya müşahidəçiləri bildirir ki, bazar günü Türkiyə sərhədi yaxınlığında həyata keçirilən hava hücumu nəticəsində azı 3 eksremist lider öldürülüb. Onlar arasında uyğur yaraqlılardan ibarət fraksiyanın komandiri də var.

Suriya İnsan Haqlarını Müşahidə Qrupu bildirib ki, İdlib vilayətində hücum zamanı 8 nəfər öldürülüb. Vilayət Sarmada qəsəbəsində sərhədə gedən yolun üzərində yerləşir.

Hücumu kimin həyata keçirdiyi hələlik bəlli olmasa da, müşahidə qrupu böyük ehtimalla ABŞ-ın başçılıq etdiyi koalisiyanın regiondakı İŞİD yaraqlılarını hədəf aldığını bildirir.

Dünən isə Suriyada İŞİD qüvvələrini hədəf alan Türkiyə ordusu hava hücumları nəticəsində 22 yaraqlının öldürüldüyünü bildirib.

Hərbi fəaliyyətlərini artıran Türkiyə ordusu Suriyanın şimalındakı üsyançılardan da dəstək alır. Ordu habelə bildirib ki, Rusiya qırıcı təyyarəsi İŞİD-in nəzarətində olan türk qəsəbəsi Əl-Bab yaxınlığında qruplaşmanın hədəflərini məhv edib.

Türkiyənin "Fərat Qalxanı" adlanan hərbi əməliyyatı 4 ay əvvəl başlayıb və İŞİD yaraqlılarını Türkiyə sərhədlərindən kənarlaşdırmaq məqsədi daşıyır. Burada Türkiyə ordusunda hava və artilleriya yardımı alan Suriya Azad Ordusunun döyüşçüləri böyük rol oynayır.

XS
SM
MD
LG