Accessibility links

Suriyanın Əl-Bab şəhərindəki bazara raket hücumu olub, azı 9 nəfər ölüb


Cümə günü Suriyanın şimalındakı Əl-Bab şəhərində bazara edilən raket hücumu beşi uşaq olmaqla, azı 9 nəfərin ölümünə səbəb olub.

Suriyanın hələ də silahlı müxalif qrupların nəzarətində olan bölgələrində işləyən “Ağ Dəbilqəlilər” xilasetmə qrupu azı 28 nəfərin yaralandığını bildirib.

Suriyada 11 ildir davam edən qarşıdurmada döyüşən qruplar şimalı nəzarət zonalarına bölüb.

Əl-Bab Hələb vilayətinin Türkiyənin dəstəklədiyi üsyançıların, digər hissələri isə Rusiyanın dəstəklədiyi Suriya hökumət qoşunlarının nəzarətindədir.

Dəməşqdə yerləşən və hökumətlə dialoqa başlayan kürd qruplarının rəhbərlik etdiyi ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) həm şimal, həm də şimal-şərqin bəzi hissələrinə nəzarət edir.

Suriya Demokratik Qüvvələrinin media mərkəzinin rəhbəri Fərhad Şami qrupun cümə günü həyata keçirilən hücumla heç bir əlaqəsi olmadığını deyib.

Əl-Babdakı fəallar cümə günü müsəlmanların günorta namazından sonra Türkiyənin Suriya hökuməti ilə müxalifəti barışdırmağa çağıran şərhlərini pisləmək üçün etiraz aksiyası keçirməyi planlaşdırırdı.

Cümə günü hücumdan sonra mediada yayılan bəyanatda fəallar növbəti zorakılıq qorxusu ilə nümayişi ləğv edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG