Accessibility links

Suriya qüvvələri Əl-Təla hava bazasını ələ keçirib


Suriya müxalifəti fəallarının bildirdiyinə görə, hökumət qüvvələri ölkənin cənubunda Qərbin dəstəklədiyi üsyançıların bir neçə gün əvvəl ələ keçirdiyi hərbi hava bazasının nəzarətini ələ alıb.

Suriya İnsan Haqları Müşahidə qrupuna istinadən bildirilir ki, hökumət qüvvələrinin ağır bombardmanlarından sonra Cənub Ön Cəbhə Alyansının döyüşçüləri Süveyda vilayətindəki Əl-Təla hərbi hava bazasından bu gün geri çəkilməli olub.

Baş qərargahı Britaniyada yerləşən müşahidə qrupu ölənlər və xasərət alanlar barədə məlumat verməsə də, Suriyanın Ərəb Xəbər Agentliyi hava bazasına bir neçə hücum zamanı azı 100 nəfər terrorçunun öldürüldüyünü, onlarla zirehli maşının sıradan çıxarıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG