Accessibility links

Hələb şəhərinin ac sakinləri etiraz edir


Hələb şəhərində üsyançılar ac sakinlərin etiraz aksiyasını dağıtmaq üçün havaya atəş açıblar. Şəhər blokadada saxlandığına və hökumətin nəzarətində olan bölgələrdən ərzaq və dərman gətirilməsinə icazə verilmədiyinə görə burada çatışmazlıqlar böhran həddinə çatıb.

Artıq bir neçə həftədir üsyançılar Hələbə təchizat gətirilməsini dayandırıb. Üsyançıların bu taktikasının məqsədi prezident Bəşar Əl-Əsədin təchizat marşrutlarını zəiflətmək olsa da, bölgədəki minlərlə sakin indi ac qaldıqlarını deyirlər.

Çərşənbə günü internetə yerləşdirilmiş videolarda üsyançıların nəzarətində olan Bustan Əl-Qəsr rayonunda sakinlərinin yoxlama məntəqəsinə hücum etdikləri nümayiş etdirilib. Qərb hissələri hökumət nəzarətində olan Hələb şəhərində iki milyon adam yaşayır.

.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG