Accessibility links

Homsda partlayış10 uşağın ölümünə səbəb olub


Suriyanın Homs şəhərində qoşa bomba partlayışı əksəriyyəti uşaqlar olmaqla azı 17 nəfərin ölümünə səbəb olub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Partlayışlar prezident Bəşar Əsədin mənsub olduğu ələvilərin əksəriyyət təşkil etdiyi rayonda yerləşən orta məktəb və xəstəxananın yaxınlığında törədilib.

Partlayışlar zamanı10 uşaq həyatını itirib. Hücumun kim tərəfindən törədildiyi qeyri- müəyyən olaraq qalır.

Bir zamanlar cənab Əsəd hakimiyyətinə qarşı inqilabların paytaxtı olan Homs şəhərinin böyük hissəsi iki il bombardman və mühasirədən sonra rejimin nəzarəti altına qayıdıb.

XS
SM
MD
LG