Accessibility links

Dəməşq aeroportu yaxınlığında güclü partlayış olub


Cümə axşamı səhər tezdən Dəməşqin Beynəlxalq Hava Limanı yaxınlığında baş verən güclü partlayış yanğına səbəb olub.

Suriyadakı münaqişəni izləyən, baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu partlayının aeroportda deyil, Dəməşqdən 25 km məsafədə baş verdiyini bildirib.

Livanın Hizbulla tərəfdarı Əl-Manar televiziya kanalı partlayışın İsrailin hərbi təyyarələrinin hücumlarına cavab olduğunu bildirib. İsrailin ordu sözçüsü Reuters xəbər agentliyinə bu partlayışla bağlı şərh verməkdən imtina edib.

Lakin İsrail Suriyada 6 ildir davam edən vətəndaş müharibəsində İranın prezident Bəşar Əl-Əsədi açıq şəkildə dəstəkləyən Hizbulla qrupunu silahla təmin etməsinə imkan verməyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG