Accessibility links

Hökumət qüvvələri Dəməşqin Qabun rayonunu ələ keçirib [Fotoqalereya]


Suriyanın prezident Bəşar Əl-Əsədə sadiq qüvvələrinin tanklar və artelleriyanın köməyi ilə üsyançıların nəzarətində olan Dəməşq yaxınlığındakı Qabun rayonunu ələ keçirdiyi xəbər verilir.

Suriyanın hökumət qüvvələri artıq aylardır Dəməşq ətrafındakı ərazilərin nəzarətini əlinə keçirmək uğrunda mübarizə aparır. Hökumət Qərbin xəbər agentliklərini ordunun üsyançılara qarşı mübarizə apardığı Cobar mahalına cəlb edir.

Bu arada müxalifət fəalları hökumətin hərbi təyyarələrinin Dəməşqin ətraf bölgələrində hücumlar həyata keçirdiyini bildirib.

Suriya müxalifətçiləri deyirlər ki, əsədçilər Qabunda 200 adamı məsciddə girov saxlayır. Rayonun və qonşu Barze məhəlləsinin on minlərlə sakini bir neçə həftədir ki, bombardmana məruz qalmaqdadır.

Suriya Milli Koalisiyası hökumət əsgərlərini mülki vətəndaşlardan canlı sipər kimi istifadə etməkdə günahlandırıb. Qurum BMT və başqa beynəlxalq təşkilatları Qabundan yaralıları, qadınları və uşaqları evakuasiya etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG