Accessibility links

Əsəd qüvvələrinin yeni qırğın törətdikləri deyilir


Suriyanın Dəra vilayətində hökumət qüvvələri ilə üsyançılar arasındakı döyüşlər zamanı çoxu mülki vətəndaş olmaqla, öldürülən 50 nəfərin dəfn mərasimi keçirilib.
Müxalifət fəallarının İnternetə yerləşdirdiyi videoda cəsədlərin arasında uşaqların da olduğu nümayiş etdirilir.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri onlarla insanın çərşənbə günü, prezident Bəşar Əl-Əssədə sadiq qüvvələrin üsyançıları sıxışdırıb çıxarmaq üçün Sənameyn şəhərinə hücum etdikləri zaman öldürüldüyünü bildirib.

Son günlərdə paytaxt Dəməşqə çıxış əldə etmək üçün üsyançılar cənubda bir neçə strateji qəsəbəni ələ keçiriblər.
XS
SM
MD
LG