Accessibility links

BMT Hələbdə döyüşən tərəflərin hücumlarını pisləyib


BMT Suriya hökuməti və üsyançılara xəbərdarlıq edərək onların Suriyanın bölünmüş Hələb şəhərində müharibə cinayətlərində təqsirləndirilə biləcəklərini bildirib.

Hələbin üsyançıların nəzarətində olan şərq hissəsini ələ keçirmək istəyən hökumət qüvvələri bu ərazini mühasirədə saxlayaraq, buraya ərzaq və humanitar yardımın çatdırılmasına imkan vermir, eyni zamanda üsyançıların istinadgahları havadan hücumlara məruz qalır.

Mühasirəni yarmaq məqsədi ilə üsyançı qüvvələr Suriya hökumətinin nəzarətində olan Hələbin qərbinə hücumları intensivləşdirib. Nəticədə mülki vətəndaşlar arasında çox sayda tələfat var.

“Çox sayda mülki vətəndaş arasında tələfatlar silahlı müxalifət qruplarının beynəlxalq humanitar qanunun fundamental qaydalarına riayət etməməsinə işarədir” – deyə BMT-nin İnsan Haqları Komissiyasının sözçüsü Ravina Şamdasani bildirib.

BMT bildirib ki, ötən günlərdə 40-dan çox insan öldürülüb, çox sayda insan isə yaralanıb.

XS
SM
MD
LG