Accessibility links

İŞİD Suriyada mövqelərini yenidən gücləndirir


Ötən ay İraq və Suriyada bir çox mühüm əraziləri itirdikdən sonra İŞİD terror qruplaşması yenidən bəzi bölgələrdə irəliləməyə nail olub.

Son həftələrdə 4 minə yaxın İŞİD döyüşçüsü gözlənilmədən Suriyanın mərkəzi bölgəsindəki qədim Palmira şəhərinə hücum edərək, orada nəzarəti tam geri alıb. ABŞ, Rusiya və Suriyanın intensiv hava hücumlarına baxmayaraq İŞİD Palmiranın böyük bir hissəsinə hələ də nəzarət edir.

İŞİD Palmiranı ələ keçirən döyüşçülərin böyük əksəriyyəti İraqdan gətirib.
Rami Əbdulrəhman

Terror qruplaşmasının döyüşçülər Suriya hökumət qüvvələrindən və yerli döyüşçülərdən ən azı 12 kəndi də geri ala bilib. Buraya Homs şəhərinin şərqindəki ərazilər, eləcə də Suriyanın Deyir Ezzor və İraqın Anbar vilayətinin bəzi hissələri daxildir.

Hazırda İŞİD Suriya səhrasından Palmiradakı və Homsun bəzi hissələrindəki döyüşçülərə təchizat çatdırmaq üçün keçid kimi istifadə edir. Bunu Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupunun rəhbəri Rami Əbdulrəhman bildirib. Səhra Homsun şərqini İŞİD paytaxtı hesab edilən Raqqa və Suriyanın şərqindəki Deyir Ezzora birləşdirir və bu qumluq ərazi İraqın qərbinədək uzanır.

"İŞİD Palmiranı ələ keçirən döyüşçülərin böyük əksəriyyəti İraqdan gətirib" deyə Əbdulrəhman bildirib.

İŞİD-in Palmiranı yenidən ələ keçirməsinin səbəbi Suriya qüvələrinin və onların müttəfiqlərinin diqqəti Hələbi müxalif döyüşçülərdən geri almağa yönəltməsi olub.

XS
SM
MD
LG