Accessibility links

Suriyada İslam Dövləti tərəfindən kürd qüvvələrinin 7 döyüşçüsü öldürülüb


Bazar günü İslam Dövləti qrupunun Suriyanın şərqində həyata keçirdiyi iki hücumu zamanı kürdlərin başçılıq etdiyi dəstənin azı yeddi döyüşçüsü öldürülüb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru Rami Əbdül Rəhman "Suriya Demokratik Qüvvələrinin altı döyüşçüsü İŞİD-in Deyr Əz-Zor vilayətini Hasaki ilə birləşdirən yolda təşkil etdiyi hücumda həlak olub" - deyə, bildirib.

Müşahidə qrupunun bildirdiyinə görə, yeddincisi Deyr Əz-Zor vilayətinin qərbində İŞİD-ə əlaqəsi olan silahlılar tərəfindən güllələnib.

Hücumlar ABŞ-ın İŞİD-lə mübarizədə tərəfdaşı, Suriya kürdlərinin Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olan ərazilərdə həyata keçirilib.

İslam Dövləti 2014-cü ildə Suriya və qonşu İraqın bir hissəsini ələ keçirərək milyonlarla əhalini idarə etmək üçün "xilafət" elan edib.

ABŞ və digər güdrətlərin dəstəyi ilə Suriya və İraq qüvvələrinin uzun və qanlı döyüşü 2019-cu ilin martında İslam Dövlətinin məğlubiyyətinə gətirib çıxarıb. Lakin sünni müsəlman ekstremist qrupunun yatmış dəstələri hələ də hər iki ölkədə hücumlar həyata keçirir.

Cümə axşamı Suriya Demokratik Qüvvələri qeyri-sabit Suriya düşərgəsində aparıldığı təhlükəsizlik əməliyyatı zamanı baş verən qarşıdurma zamanı 2 döyüşçünün öldürüldüyünü və İslam Dövlətinin 6 cihadçısının həbs edildiyini bildirib.

2011-ci ildə başlayan Suriya müharibəsi yarım milyona yaxın insanın ölümünə səbəb olub və ölkənin müharibədən əvvəlki əhalisinin təxminən yarısını evlərini tərk etməyə məcbur edib.

ABŞ-ın Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri ilə birlikdə İslam Dövləti qruplaşmasına qarşı mübarizə aparan 900-ə yaxın əsgəri var.

XS
SM
MD
LG