Accessibility links

40-dan çox şəxs Suriya qaçqını qısmində Avropaya daxil olarkən həbs edilib


Beynəlxalq terrorizm üzrə ekspertlərdən ibarət təşkilatın bildirdiyinə görə, may ayından bəri cihadçı olmaqda şübhəli bilinən 40-dan çox insan Suriya qaçqını qısmində Avropaya daxil olarkən həbs edilib.

ABŞ-da qərargahlanan Terrorizm üzrə Araşdırma və Təhlil Konsorsiumu bu həftə məlumat verib ki, İŞİD-la əlaqəsoi olan 41 yaraqlı və Əl-Qaidənin Suriyadakı şöbəsi olan rəqib Əl-Nüsrə cəbhəsindən iki nəfər qaçqın kimi sərhədi keçərkən yaxalanıb.

Konsorsiumun Amerikanın Səsinə bildirdiyinə görə onların bəziləri saxta pasportlardan istifadə edib.

43 cihadçıdan doqquzu Türkiyədə həbs edilib, digərləri isə həbs edilməzdən əvvəl Avropa İttifaqı ərazisinə kimi səfər edə bilib.

Beynəlxalq Xilasetmə Komitəsi bildirib ki, yanvarın yalnız ilk üç həftəsində Yaxın Şərqdən müharibə qaçqınları və afrikalı iqtisadi mühacirlərdən ibarət 36 min insan Avropaya daxil olub.

XS
SM
MD
LG