Accessibility links

Suriyanın zəlzələdən zərər şəkən İdlib vilayətinə yardım çox çətin çatdırılır


Suriyanın zəlzələdən zərər çəkən İdlib vilayətinə yardım çox çətin çatdırılır
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Suriyanın zəlzələdən zərər çəkən İdlib vilayətinə yardım çox çətin çatdırılır

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin bildirdiyinə görə, fevralın 6-da bölgədə baş verən zəlzələlər nəticəsində 5 milyondan çox suriyalı evsiz qalıb. Üsyançıların nəzarətində olan və yardım çatdırılmasının çətin olduğu İdlib vilayəti ən çox zərər çəkən bölgələr arasındadır.

Zəlzələdən sağ çıxanlar indi burada, üsyançıların nəzarətində olan İdlib vilayətindəki Cindires şəhərinin yaxınlığında düşərgə salıb. 6 Fevralın 6-da baş verən zəlzələlərinin gətirdiyi qorxu və sarsıntı indi öz yerini aclıq, şaxta və çarəsizliyə verib.

Sühali Əl-Hüseyn Məhəmməd və ailəsi Cindiresdəki evləri dağılandan sonra hər şeyini itirib. İndi onlar aldıqları kiçik yardımla dolanır. "Bizə ancaq yatmaq üçün paltar, bu gün üçün nahar yeməyi və isinmək üçün dörd kisə kömür veriblər. Şəxsən bizim vəziyyətimiz çox ağırdır. Uşaqlar üçün uşaq bezləri yoxdur, yemək bişirmək üçün qaz yoxdur, hələ yaxşı dəstək yoxdur. Elə şeylər var ki, onlar haqda danışmaq olmaz. Demək istəyirəm ki, şəxsən mənə çox şey lazımdır".

Rəsmilər zəlzələnin Cindiresin üçdə bir hissəsini dağıtdığını, bir çox binanın isə güclə dayandığını deyir. Şəhərin infrastrukturu bərbad vəziyyətdədir. Çörək kimi əsas ərzaq məhsulları belə çox azdır. Şəhər Şurasından Mahmud Hafar: "Mülki əhali hələ də şok vəziyyətindədir və bu vəziyyətdən çıxmağa çalışır. Bütün bizneslər dayandırılıb. Şəhəri və bölgəni çörəklə təmin edən yeddi çörək zavodu var idi və bu gün bizdə yalnız zəif bir soba var. Su və kanalizasiya şəbəkələri də işlək vəziyyətdə deyil. Bu, şübhəsiz ki, xəstəliklərin artmasına səbəb olacaq və bizim daha çox tibbi yardıma ehtiyacımız var".

Artan humanitar böhranı qarşılamaq üçün beynəlxalq yardımlar gəlir. Bu səylər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən üç ay müddətində Türkiyə ilə əlavə iki sərhəd qapısının açılmasına imkan verib. Lakin yardım qrupları xəbərdarlıq edir ki, üç ay kifayət deyil. "Maram" fondundan Yakzan Şişaklı: "Biz bu qısa müddət ərzində insanların vəziyyətinin tez düzəlməsinə dəstək ola bilmərik. Beləliklə, həqiqətən sıxışmış vəziyyətdəyik, işləmək üçün imkanımız çox azdır. Eyni zamanda təchizatımız çatmır, çünki tədarük xətti demək olar ki, çox ləng gedir, çünki bütün əraziyə zədələnib."

Hazırda çoxu indi evsiz və kimsəsiz olan zəlzələdən sağ çıxanlar onların taleyinin gələcək beynəlxalq yardımdan və əlavə sərhəd qapılarının açıq olub-olmamasından asılı olduğunu bilir. Ömər Mahmud Marəvi: "Hazırda vəziyyət faciəvidir və dəstək dayansa, xüsusən də bu şəraitdə vəziyyət daha da fəlakətli olacaq. Mən bütün dünyadan Suriya xalqına qarşı daha humanist davranmalarını xahiş edirəm, xüsusən də belə çətin şəraitdə".

Beynəlxalq yardım qrupları və BMT Suriya üsyançılarının nəzarətində olan bölgəyə yardıma tələsir. Onlar ölümcül zəlzələlərdə sağ qalanların aclıq və xəstəliklə təhdid olunduğunu anlayarak zamanla yarışır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG