Accessibility links

Suriyalı qaçqın uşaqlar və qış mövsümü [Video]


Suriya qaçqın uşaqları
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Suriya qaçqın uşaqları

​Yardım agentlikləri bildirir ki, Suriyadan didərgin düşən yüzlərlə uşaq qış mövsümü yaxınlaşdıqca xəstəliyə tutulmaq riskinə məruz qalır. Livan və İraq kimi sərhəd ölkələrdəki düşərgələrdə yaşayan xəstəliyə həssas uşaqlar ölümlə üz-üə qala bilər.

Domiz qaçqın düşərgəsində məskunlaşan Navar və onun 10 nəfər ailə üzvünü İraq səhrasının soyuğundan qoruyan yalnız nazik plastik örtükdür.

Onların hekayəsi İraqa qaçan 20,000 başqa suriyalının hekayəsinə bənzəyir.

Navar: “Biz Suriyanın Dəməşq şəhərindənik. Onlar bizim evimizi darmadağın edib. Hər şey məhv olub. Biz bir yerə getməli idik. Bizim orada qalmağımız qeyri mümkün idi. Ona görə də biz buraya gəldik.”

Bu ailə bir neçə ay düşərgədə yaşayıb. Amma bu qış onların düşərgədə ilk qışıdır. Çay süfrəsi ətrafında toplaşan Navar və onun dostları qarşıdan gələn şaxtalı qış haqda qorxu ilə danışır.

Bu didərgin qadın həyat yoldaşının döyüşlərdə həlak olduğunu deyir.
“Mənim beş kiçik usağım var. Onlar artıq olduqca pis vəziyyətdədirlər və biz bilmirik nə edək. Kömək üçün kimə müraciət edəcəyimizi bilmirik.”

Hesablamalara görə 2.5 milyon insan döyüşlər ucbatından Suriyadakı evlərindən qaçmağa vadar olub. Təxminən 400,000 insan İraq, Türkiyə, İordaniya və Livan kimi qonşu ölkələrdə qaçqınlıq qeydiyyatından keçib. Amma əsasən düşərgədən kənarda yaşayanlar daha çox narahatlığa səbəb olur. Ötən qış Amerikanın Səsinin nümayəndələri Livanın Suriya ilə sərhədində qaçqın düşərgəsinə çevrilən məktəbə səfər edib. Burada yeganə isitmə mənbəi boğucu tüstü verən kömür sobasıdır.

Suriya sərhədi boyu bu növ qaçqın düşərgəsinə çevrilmiş yerlər onlarladır. Amerikanın Səsinə müsahibə verən “Uşaqları Xilas Edək” adlı agentliyin Livan filialının rəhbəri Ruba Xuri qarşıdan gələn aylarda 200,000 didərgin uşağın həyatının təhlükədə olacağını deyib.

Ruba Xuri: “Əksər ərazilərdə qış mövsümündə qar olur. Onların evlərinin pəncərəsi yoxdur. Bəzilərinin hətta qapısı yoxdur. Liviyada isitmə avadanlığı olduqca bahadır. Əsasən də Suriyadan gələn qaçqınlar üçün. Uşaqların əksəriyyəti buraya yay geyimlərində gəlib.”

Yardım agentliyi əlavə yardım fondu üçün müraciət edib. Xuri qaçqınlara yardımın vacib olduğunu deyir.

Ruba Xuri: “Uşaqları Xilas Edək agentliyi yerli icmalardan tutmuş beynəlxalq icmalara, beynəlxalq donorlara kimi hər kəsdən Suriyadan didərgin düşən qaçqın uşaqalara yardım üçün müraciət edir. Ona görə ki, biz bunu indi etməsək, sonra artıq gec olacaq. Qış mösümü artıq gəlib, havalar soyuyur və gecə vaxtı uzanıb.”

Ötən qışdan bəri on mindən çox suriyalı naməlum gələcəyə istiqamət alıb. Bu insanların ən həssasları üçün qarşıdakı aylar həyati sınaq olacaq.
XS
SM
MD
LG