Accessibility links

Putin terrorizmi dəf etmək üçün beynəlxalq səylərə çağırıb


Rusiya prezidenti Vladimir Putin ekstremizm əleyhinə geniş beynəlxalq cəbhənin yaradılmasına çağırıb.

Putin bu gün Moskvada Rusiya Federasiya Şurasında çıxışında ictimayyətə müraciət edib.

O deyib ki, terrorizmi dəf etmək beynəlxalq səy tələb edir.

Rusiyanın dövlət başçısı eyni zamanda ötən ay Suriya sərhədində Rusiyaya məxsus qırıcı təyyarənin vurulması nəticəsində həlak olan bir əsgərinin xatirəsini bir dəqiqəlik sükutla anmağa çağırıb.

O, Türkiyəni kəskin şəkildə tənqid edərək onu İŞİD qrupundan neft almaqda təqsirləndirib.

Putin Türkiyənin Rusiya təyyarəsini Suriya ilə sərhəddə vurmasını “xain müharibə cinayəti” adlandırıb.

Türkiyə təyyarənin onun hava hövzəsini pozduğunu iddia edir və insidentə görə üzr istəməkdən imtina edir. Rusiya isə cavab olaraq Türkiyəyə sanksiyalar tətbiq edib.

Rusiyanın İslamçı yaraqlılardan Türkiyəyə neft qaçaqmalçılığı ittihamı Türkiyə və ABŞ tərəfindənı rədd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG