Accessibility links

Suriya və Rusiya üsyançı bazalarına hücumları artırıb


Müdafiə Nazirliyinin zorakılıqların artdığı bir vaxt bildirdiyinə görə, Suriya qüvvələri onlarla döyüşçünü hədəf alaraq, üsyançıların bazalarına və silah anbarlarına hücumları artırıb.

Vilayətlərdə rejimin nəzarətində olan ərazilərə "təkrarlanan hücumlardan" sonra həm Suriya ordusu, həm də Rusiyanın Hərbi Hava Qüvvələri "terrorçuların Hələb, Latakiya və Həma çöllərindəki qərargahlarına bir neçə hava və artilleriya zərbələri endirib".

Müdafiə Nazirliyi hücumlar zamanı onlarla döyüşçü "ölüb və ya yaralanıb" - deyə, bildirib.

"Terrorçuların" bazaları, raket və pilotsuz uçuş aparatları, silah-sursat anbarlarının hamısının hədəf alındığı deyilib.

Suriyanın keçmiş Əl-Qaidə qolu olan cihadçı "Heyət Təhrir Əl-Şam" qruplaşması İdlib vilayətinin əraziləri ilə yanaşı, Hələb, Həma və Latakiya vilayətlərinin bəzi bölgələrinə də nəzarət edir.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, iyun ayından bəri Rusiyanın hava hücumları nəticəsində ikisi uşaq olmaqla, 13 mülki vətəndaş və təxminən 28 cihadçı ölüb.

Moskvanın 2015-ci ildən Suriya münaqişəsinə müdaxiləsi prezident Bəşar Əsədin Dəməşq rejiminə 12 illik vətəndaş müharibəsinin əvvəlində itirdiyi ərazilərin böyük hissəsini üsyançılardan geri almasına yardım edib.

Forum

XS
SM
MD
LG