Accessibility links

Suriyada keçid hökumətinin təşkili yubadılır


Suriya müxalifiəti keçid hökumətinin təşkilini gecikdirir. İstanbul görünşükdən sonra müxalifət liderləri müxalifət qüvvələri ilə məsləhətləşmək üçün bu gün beş nəfərdən ibarət komissiya təsis edib. Keçid hökumətinin yaradılmasından əvvəl müxalifət qüvvələri Azad Suriya Ordusu və müxalifətin dost adlandırdığı ölkələrlə məsləhətləşmələr keçirəcək.

Suriya Milli Şurası noyabr ayında yaradılıb və bundan sonra 110-dan çox ölkə tərəfindən Suriya xalqının legitim təmsilçisi kimi tanınıb. Şura Bəşar əl-Əsədin hakimiyyətdən getməsinə çağırır.

Suriyada Əsədin 12 illik hakimiyyətinə son qoymaq istəyən üsyançılarla hökumət qüvvələri arasında döyüşlər davam edir.

Britaniyada qərargahlanmış Suriya İnsan Haqlarının Müşahidəsi qrupu dünən döyüşlərdə 70 nəfərin həlak olduğunu deyib.

BMT-nin hesablamalarına görə 2011-ci ilin mart ayında münaqişənin başlanğıcından bəri Suriyada təxminən 60 min adam həlak olub.
XS
SM
MD
LG