Accessibility links

ABŞ Suriyaya qeyri-hərbi yardımı genişləndirməyi planlaşdırır


Birləşmiş Ştatlar Suriyada müxalifət qüvvələrinə qeyri-hərbi yardımı genişləndirməyi nəzərdən keçirir.

ABŞ və Avropa rəsmiləri Dövlət katibi Con Kerrinin Avropa və Yaxın Şərqə səfərini davam etdirdiyi bir vaxt Ağ Evin yeni taktiki addımı nəzərdən keçirdiyini bildirib.

ABŞ indiyədək Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinə qarşı mübarizə aparan üsyançıları yalnız rabitə avadanlığı ilə təmin edib. Rəsmilər silahların radikal döyüşçülərin əlinə keçə biləcəyindən ehtiyat edərək bölgədəki üsyançılara hərbi yardım göndərməyib.

Avropa Ittifaqının xarici işlər nazirləri ötən həftə Suriyaya qarşı tətbiq edilən silah embarqosunun vaxtını uzatmağa dair razılığa gəlib. Lakin rəsmilər mülki vətəndaşları müdafiə etmək məqsədi ilə bölgəyə qeyri-hərbi yardımın çatdırılması haqda qərar verib.

Dövlət katibi Kerrinin bu həftə Suriyanın Dostları qrupunun Romada keçirdiyi görüş zamanı müxalifət üzvləri ilə görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG