Accessibility links

Dəməşq şəhərinin mərkəzində partlayış baş verib


Suriyanın paytaxtı Dəməşqdə avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində 15 insan həlak olub.

Partlayış şəhərin əl-Şahbander ticarət rayonunda baş verərək məktəb və bir neçə maşın da daxil olmaqla, ətraf binaların kütləvi şəkildə dağılmasına səbəb olub.

Bügünkü partlayışda 50 nəfər xəsarət alıb. Suriyanın dövlət qəzeti hücumu terror hadisəsi kimi səciyyələndirib.

BMT nümayəndələri Suriyada iki il davam edən vətəndaş müharibəsində 70 mindən çox insanın öldüyünü və bir milyon insanın didərgin düşdüyünü deyib.
XS
SM
MD
LG