Accessibility links

Türkiyə Suriya ilə sərhəddə hava hövzəsini pozduğuna görə naməlum təyyarəni vurub


Türkiyə Suriya ilə sərhəddə hava hövzəsini pozduğuna görə hansı ölkəyə mənsub olduğu bilinməyən təyyarəni vurduğunu bildirib.

Ölkə ordusu bildirib ki, Türkiyə döyüş təyyarəsi cümə günü xəbərdarlığa üç dəfə məhəl qoyulmadıqdan sonra naməlum təyyarəyə atəş açıb.

Türkiyə yayım kanalı NTV xəbər verib ki, naməlum obyekt pilotsuz təyyarə olub və Suriya ilə sərhəddə 3 kilometr Türkiyə hava hövzəsini pozub.

Adı açıqlanmayan ABŞ rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, onlar dronun Rusiyaya məxsus olduğunu düşünür. Lakin Rusiya müdafiə naziri bildirib ki, Suriyada əməliyyat keçirən bütün təyyarələr təhlükəsiz bazaya dönüb və bütün pilotsuz təyyarələr əvvəlcədən nəzərdə tutulduğu kimi Türkiyə rəsmiləri hadisəni təsdiqlədikdən sonra əməliyyata başlayıb.

Ankara Suriyada 4.5 ildir davam edən vətəndaş müharibəsi dövründə Türkiyə sərhədini pozduğuna görə Suriyaya məxsus təyyarə və vertolyotları vurub.

Son zamanlar Türkiyə azı iki dəfə Rusiya döyüş təyyarələrinin onun ərazisini pozduğundan şikayətlənib.

Moskva Suriya prezidenti Bəşar Əsəd hökumətini müdafiə məqsədi ilə iki həftədir hava hücumları həyata keçirir.

XS
SM
MD
LG