Accessibility links

ABŞ amerikalıların Livan və Türkiyəyə səfərləri ilə bağlı xəbərdarlıq verib


Birləşmiş Ştatlar hökuməti Livan və Türkiyəyə səfər edən vətəndaşlarına bu ölkələrdə mümkün zorakılıq aksiyaları ilə əlaqədar xəbərdarlıq verib.

Dövlət Departamenti həmçinin Livan və Türkiyədə çalışan işçilərin ABŞ-ın maraqlarını təmsil edən obyektlərə mümkün hədələrlə əlaqədar bu ölkələrdən çıxması haqda göstəriş verib.

ABŞ bu addımların ehtiyat məqsədilə atıldığını bildirib. Xəbərdarlıqlar Obama administrasiyası və Konqresin Suriyaya qarşı mümkün hərbi əməliyyatlar məsələsini nəzərdən keçirdiyi vaxt verilir.

Sənəddə amerikalıların Türkiyənin Suriya ilə sərhəd cənub-şərq bölgələrinə səfərlərini təxirə salması tövsiyə edilir. Burada həmçinin ABŞ vətəndaşlarına qarşı Hizbullah qrupunun fəaliyyət göstərdiyi Livanda mümkün hücumların artması ilə bağlı xəbərdarlıq edilir.

Amerikalılar və onların ailələrinin Livan paytaxtı Beyrutdan çıxması, əsas vəzifələrdə çalışan personalın isə ölkə daxilində səfərləri təxirə salması haqda göstəriş verilib.

Dövlət Departamenti vəziyyətin dəyərlərləndirib təhlükəsizlik durumu ilə bağlı dəyişiklər edəcəyini bildirib.
XS
SM
MD
LG