Accessibility links

Suriya hökumətinin hava hücumları nəticəsində onlarla insanın öldüyü bildirilir



Suriya fəalları hökumətin üsyançıların nəzarətində olan ərazilərdə keçirdiyi hava hücumları zamanı onlarla insanın öldüyünü bildirir. Yerli fəalların bildirdiyinə görə, hərbi təyyarələrin Həma vilayətində yerləşən Halfaya şəhərində çörək mağazasını vurması onlarla şəhər sakininin ölümünə və yaralanmasına səbəb olub.

Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə qrupu hərbi təyyarələrin Hələb vilayətində yerləşən Əl-Səfirə şəhərində hücumu nəticəsində 13 adamın həyatını itirdiyini bildirib. Suriyada üsyançıların ələ keçirmçəyə çalışdığı ən böyük hərbi kompleks bu şəhərdə yerləşir.

Fəallar Dəməşq ətrafında keçirilən hava hücumlarının nümayiş etdiyildiyi video görüntüləri internetdə yerləşdirib. Hökumət qüvvələri üsyançıların prezident Bəşar Əl-Əsəd hökumətinin yerləşdiyi mərkəzi bölgələrə yaxınlaşmasının qarşısını almağa çalışır.

Beynəlxalq sülh elçisi Lahdar Brahimi Suriyada vətəndaş müharibəsinə son qoymaq səyləri çərçivəsində Dəməşqə ikinci səfərini edir. Brahimi ilk səfərindən fərqli olaraq bu dəfə Dəməşqə Beyrutdan avtomobillə gəlib. Dəməşq hava limanı əfrafında intensiv döyüşlərin getməsi Brahiminin əvvəl olduğu kimi təyyarə ilə səfər etməsinə imkan verməyib.
XS
SM
MD
LG