Accessibility links

Suriya fəalları: Üsyançılar hökumət qüvvələrinə qarşı tanklardan istifadə edir


Suriya fəalları üsyançıların ölkənin şərqində ələ keçirdikləri tanklar vasitəsilə prezident Bəşar Əl-Əsəd tərəfdarı hökumət qüvvələrinə hücum etdiyini bildirir.

Britaniyada qərargahlanan Suriyada İnsan Hüquqlarını Müşahidə Qrupu üsyançıların Deyr Əzzur şəhəri yaxınlığında ordu briqadası və hərbi aeroportu atəşə tutmaq üçün tanklardan istifadə etdiyinə dair məlumatı olduğunu bildirir.

Deyr Əzzur iki ilə yaxındır döyüşlərin getdiyi ölkədə hökumətin sonuncu istinadgahlarından biridir. Suriyada üsyan başlayandan təxminən 60 mindən çox insanın öldüyü bildirilir.
XS
SM
MD
LG