Kimyəvi silah müfəttişləri Suriyanın Duma şəhərində təhlükəsizlik təmin olunduğu təqdirdə işləməyə başlayacaqlarına ümid edir.
Çərşənbə günü müfəttişlər BMT-nin təhlükəsizlik qrupu ərazinin təhlükəsizliyini yoxlayarkən silahlı hücuma tuş gəldikdən sonra onlarla adamın öldüyü və bir çoxunun yaralandığı kimyəvi hücum törədilən əraziyə daxil ola bilməyib.
BMT-yə mənsub mənbə Amerikanın Səsinə bildirib ki, BMT təhlükəsizlik qrupunun üzvlərindən heç biri xəsarət almayıb.
ABŞ və müttəfiqləri kimyəvi hücumda Suriya prezidenti Bəşar Əsədi təqsirləndirir. Rusiya və Suriya isə kimyəvi hücumun edilmədiyində israr edir.
Müfəttişlər şənbə günündən bəri Suriyadadır. Eyni gündə ABŞ, Britaniya və Fransa baraj raketlərlə kimyəvi silah obyektlərini hədəf alıb.