Accessibility links

Süryani dilində Milad mesajı Türkiyə parlamentində müzakirələrə səbəb olub


Bu həftə Türkiyə parlamentindəki yeganə assuriyalı millət vəkilinin doğma süryani dilində Milad bayramı mesajını təqdim etməsi milli məclisdə yalnız türkcə danışılması gərək olduğuna inanan qanunvericilərin narazılığına səbəb olub.

Kürd tərəfdarı Xalqların Bərabərlik və Demokratiya Partiyasının üzvü Corc Aslan bazar ertəsi büdcə müzakirəsi zamanı "Türkiyədə yaşayan yunan, erməni və assuriyalı vətəndaşlarımızdan başlayaraq, bütün xristianları Milad bayramı münasibətilə təbrik edirəm. Ümid edirəm ki, yeni il ölkəmizə və bütün dünyaya sevgi və sülh gətirəcək" deyib.

Çıxışına süryani dilində davam edən Aslan "Milad bayramında türkcə bilməyən assuriya xalqına eyni mesajı süryani dilində vermək istərdim" deyə, bildirib.

Millətçi, mərkəz-sağ İYİ partiyasından bir neçə millət vəkili Aslanın kürsüdən başqa dildə danışmasına etiraz edib.

Assuriyalılar Yaxın Şərqdə xristian azlıqdır və yaşadıqları Türkiyə, Suriya və İraqda onların sayı getdikcə azalır. Onların tarixi qədim Mesopotamiyaya gedib çıxır. Süryani dili semit dilidir və ərəb dilindən fərqlidir.

Aslan Amerikanın Səsinə deyib ki, o, parlament zalının qarşısında İYİ partiyasının sədr müavini Müsavat Dərvişoğluna yaxınlaşaraq, millət vəkillərinin onun süryani dilində danışmasına niyə etiraz etdiyini soruşub.

Aslan "Biz bu dili başqa planetdən gətirməmişik. Bu, əsrlər boyu bu torpaqlarda danışılan dildir. Mən öz doğma dilimdə iki söz dediyimə görə niyə etiraz edirsiniz? Sizin probleminiz nədir? dedim" Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Dərvişoğlu "Mən süryani dilinin əleyhinə deyiləm, amma parlamentdə rəsmi dil türk dilidir" cavabını verib.

Aslan deyir ki, o, lazım olanda süryani dilində danışmağa davam edəcək.

"Hər kəs alışacaq. Bu bizim xalqın dilidir" Aslan əlavə edib.

Lakin İYİ Partiyasından olan millət vəkilləri parlamentdəki çıxışların türkcə edilməsində israrlıdırlar.

"Türkiyə Parlamenti [ölkədə] ən öndə gedən konstitusiya qurumlarından biridir. [Türkiyə] konstitusiyasındakı "Türkiyənin rəsmi dili türk dilidir" müddəası parlamentdə də keçərlidir" - deyə, İYİ Partiyası-nın millət vəkili Lütfü Türkkan bildirib.

Türkkan Amerikanın Səsinə deyib ki, millət vəkilləri konstitusiyaya sadiqlik andı içib.

"Hər halda onun nə süryani, nə də kürd dlində dediklərini başa düşmədim. Mən o dilləri mükəmməl bilmirəm, onlarla tanış da deyiləm. Ancaq kim olmasından asılı olmayaraq, böyük məclisimizin kürsüsündə olan hər kəs öz nitqini türk dilində söyləməlidir" Türkkan əlavə edib.

Türkiyənin Assuriya Dərnəkləri Federasiyasının rəhbəri Evgin Türkərin sözlərinə görə, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə belə, bəzi insanlar başqa dillərə dözümlülük nümayiş etdirir.

"Dilindən asılı olmayaraq, hər kəs öz fikirlərini ana dilində ifadə etmək azadlığına malik olmalıdır və onların məktəbləri olmalıdır" - deyə, Türkər bildirib.

Oktyabr ayında prezident Rəcəp Tayyib Ərdoğan müasir Türkiyənin 100 illiyi tarixində ilk yeni Assuriya Pravoslav Kilsəsinin açılışını edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG