Accessibility links

Suriyalı üsyançılar zəlzələdən sonra məktəbləri bərpa etməyə çalışır


Suriyalı üsyançılar zəlzələdən sonra məktəbləri bərpa etməyə çalışır
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Suriyalı üsyançılar zəlzələdən sonra məktəbləri bərpa etməyə çalışır

Fevral ayında baş verən zəlzələlərin dağıdıcı təsirinə məruz qalan Suriyanın üsyançıların nəzarət etdiyi İdlib vilayəti dağılmış təhsil infrastrukturunu yenidən qurmağa çalışır. Lakin bir çox uşağın travma aldığını nəzərə aldıqda, dağılan məktəbləri təmir edib, yenilərini inşa etmək problemin yalnız kiçik bir hissəsidir.

Cinderes təhsil idarəsindən Bəşər Mustafa əl Həməda fevralda ölümcül zəlzələnin böyük ziyan vurduğu çox sayda məktəbdən birində yoxlama edir.

“Dağıdıcı zəlzələ Cindires şəhərinə, xüsusilədə təhsil sektoruna böyük təsir göstərdi. Belə ki, əksər məktəblədə təris yoxdur. Hazırda biz Hələb ətrafındakı ən böyük məktəb olan dağıdılmış Xalid İbn Əl-Valid məktəbinin qarşısındayıq. Orada 3400 şagird və 120 müəllim heyəti var idi. Məktəb direktoru, direktorun köməkçisi və bir çox təhsil işçisi həlak oldu,” o deyir.

Bir çox məktəbli evlərinin dağılması səbəbilə çadır düşərgələrində qalır. Bəziləri məktəbə qayıtmaqdan çox qorxur.

Heba Əsəd deyir ki, onun uşaqları zəlzələdən öncə məktəbə getməyi sevirdi. İndi o, uşaqlarının geri gedə bilib-bilməyəcəyindən narahatdır.

“Zəlzələ səbəbilə uşaqlar qorxudan isterik vəziyyətdədir, mənim kiçik oğlum da evimizdən qorxub və evə getmək istəmirdi. O həmişə küçədədir və məktəblər açılsa belə, oğlum binalardan qorxduğu üçün ora getməz,” o deyir.

Hebanın qızı Nazlı da qorxu içində yaşayır.

“Mən məktəbə gedə bilmirəm, çünki zəlzələ mətkəbimizə böyük ziyan vurub, müəllimlər və direktorumuz ölüb. Biz məktəbdə olanda binanın üstümüzə çökəcəyindən qorxuruq. Ona görə də məktəbə getməyə cəsarətimiz yoxdur,” o bildirir.

Rəsmilərin dediyinə görə, onsuz da illərdir davam edən vətəndaş müharibəsindən əziyyət çəkən Cinderesdə 22 məktəb dağılıb.

Beynəlxalq yardım çadır məktəblərin qurulmasına dəstək olur. Onları qurmaq həm ucuza başa gəlir, həm də sürətli olur, eyni zamanda isə onlar hələ də binalara girməkdən qorxan uşaqları psixoloji baxımdan təhlükəsiz bir mühitlə təmin edir.

“Biz hazırda çadırlarda tədris prosesini başa çatdırmaq və uşaqların psixoloji travması üzərində işləmək üçün bütün məktəblərimizdə çadırların qurulması üzərində işləyirik. Ən çox şagird şəhərdə olduğu üçün prioritet şəhər mərkəzidir. Artıq bəzi məktəblərdə çadırlar qurmuşuq və bizə dəstək olan hər kəsə təşəkkür edirik,” Cinderes Təhsil idarəsinin direktoru Rədvan Əhməd deyir.

Suriyalı üsyançıların anklavı hətta zəlzələdən öncə belə kəskin çatışmazlıqlarla üzləşdiyinə görə uşaqlara təhsil verməkdə çətinlik çəkirdi. Bu gün isə uşaqlara dərs demək daha da çətindir.

XS
SM
MD
LG