Accessibility links

Suriya ordusu Suriya Demokratik Qüvvələrinin əlində olan bir neçə kəndi ələ keçirib


Suriya ordusu Fərat çayının şərq bölgəsində ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin əlində olan bir neçə kəndi ələ keçirib.

Dövlət SANA xəbər agentliyinin bildirdiyinə görə, Rusiyanın dəstəklədiyi Suriya qüvvələri Der Əl-Zur vilayətində 4 kəndin nəzarətini ələ alıb.

İraqla sərhəd bu vilayət daha əvvəl İslam Dövləti yaraqlılarının nəzarətində idi.

Son il ərzində Suriya ordusu bölgənin qərb hissəsinin əksər hissəsini geri alıb. Suriya Demokratik Qüvvələri isə çayın şərq hissəsinə nəzarət edirdi.

Tərəflər arasında qarşıdurmalar nadir haldır. Belə ki, Suriya ordusu diqqətini əsasən islam Dövlətinin əlində olan bölgələrə yönəltmişdi.

İŞİD Suriyda ələ keçirdiyi ərazilərin əksər hissəsinin nəzarətini itirib və İradqa isə tamamilə məğlub edilib.

XS
SM
MD
LG