Accessibility links

Suriyaya cavab veriləcəkmi?


Dünya liderləri mövqelərini açıqlayıb

ABŞ prezidenti Suriyaya nə zaman hücum ediləcəyini bildirmədiyini deyib. Donald Tramp kimyəvi silahlardan istifadə edildiyi iddialarına cavab olaraq tvit edərək bildirib ki, bu, çox yaxın zamanda olacaq, ya da çox yaxın zamanda olmayacaq.

Prezident ABŞ-ın onun administrasiyası altında İslam Dövlətinin məhvində böyük iş gördüyünü vurğulayıb.

Tramp çərşənbə günü bildirib ki, Rusiya hazır olmalıdır, “çünki onlar gələcək”.

Rusiya buna cavab olaraq, ABŞ raketlərinin “Suriyanın legitim hökuməti” deyil, “terrorçuları” hədəf almalı olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü deyib ki, Suriya münaqişəsinə cəlb olunmuş bütün tərəflər regionda sabitliyin pozulmasına gətirib çıxara biləcək hərəkətlərdən çəkinməlidir.

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Bəşər Əl-Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyinə dair dəlillərə malik olduğunu bildirib. O, Fransanın lazım bildiyi vaxtda buna cavab verəcəyini deyib.

Britaniyanın baş naziri Tereza Mey bu gün kabineti ilə təcili görüş keçirib. Müzakirələr zamanı Suriyada Britaniyanın cavab üsulları gündəmə gətirilib.

Bundan əvvəl rəsmilər ABŞ-ın başçılığı ilə Suriyanın əməlinə bir neçə gün ərzində hərbi qlsas həyata keçiriləcəyini bəyan edib.

Almaniya kansleri Angela Merkel kimyəvi silahlardan istifadə edilməsinin qəbuledilməz olduğuna dair mesajlara dəstəyini dilə gətirib. Lakin o, Almaniyanın hərbi əməliyyata qatılmayacağını bildirib.

Rusiya çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasında kimyəvi hücumu araşdıracaq və buna görə məsuliyyətə cəlb edəcək komissiyanın yaradılması məqsədilə ABŞ-ın hazırladığı qətnaməyə veto qoyub.

XS
SM
MD
LG