Accessibility links

Tükürpədici hədiyyələr


Tükürpədici hədiyyələr
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Nyu Yorkun Katskil dağlarında gəzərkən qeyri-adi bir dükanla qarşılaşdıq. Bu dükanda satılan hədiyyə əşyaları hər kəs tərəfindən bir mənalı qarşılana bilməz. Düşündük ki, yəqin bu dükanın alıcı kütləsi ilə Amerikanın qorxu filmləri izləyən kütləsi ilə eynidir. Dükanda ağlınıza gələ biləcək hər heyvanın dərisindən, kəlləsindən, buynuzundan bəzək və ya dekorasiya əşyası düzəldilib. Məsələn, alleqator dişləri, camış buynuzu, ayı kəlləsi, yarasa skeleti. Hətta və ən dəhşətlisi siçovul skeleti.

Bu dükanın sahibi Rendi ilə bənzəri olmayan əl işləri haqda danışdıq. Onun sözlərinə görə, heyvanlardan hədiyyə düzəltmədən öncə bu heyvanların ölüsünü xüsusi arı dəstəsinin önünə atırlar. Bu arılar heyvanın bədənini tamamən yox edir və geriyə qalan təmiz hissələrdən dekorasiyalar düzəldilir:

“9 ildir ki, bu dükanı açmışam. Kiçik şəhərcikdə bir biznesin bu qədər müddət açıq qalması böyük uğurdur. Fermada böyümüşəm, uşaqlıqdan heyvanlara marağım var idi. Cavanlığımda heyvanlarin sümüklərini yığırdım. Onlardan bıçaq düzəldirdim. İllər sonra kolleksiyam böyüdü və bu dükanı açdım. Dükanda gördüyünüz əşyaların 95%ini mən düzətmişəm. Artıq insanlar məni tanıyır və bu gördüyünüz muxtelif heyvanlarin atributlarini mənə daimi müştərilərim gətirir. Mən də onlara əvəzində düzəltdiyim zinyət əşyaları və ya bıçaqlardan birini hədiyə edirəm. Yəni mən özüm bu heyvanları ovlamıram və ya gedib dükandan heçnə almıram. İnsanlar özləri mənə gətirir və mən də əlimdəki materialdan bir şey düzəldirəm. Çalışıram ki, düzəltdiklərim bir-birindən fərqlənsin və unikal görünsün. Bu cür qorxulu dekorasiyaların da öz müştərisi var.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG