Accessibility links

Türk qüvvələri İraqın yezidi qəsəbəsində militant liderini öldürüblər


Yerli mənbələrin Amerikanın Səsinə verdiyi məlumata görə, çərşənbə günü türk qırıcıları İraqın yezidi kürdlərin yaşadığı Sincar şəhərinin yaxınlığında Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli hərbi konvoyu hədəf alaraq yüksək rütbəli komandir və bir neçə gözətçini öldürüb.

"İraq baş nazirinin səfəri zamanı Türkiyənin sərhədi keçməsi İraqa qarşı hörmətsizlikdir.", David Şeyx Cundi

Türk ordusu və PKK tərəfindən təsdiqlənən hücum kürd üsyançı qrupun yerli komandiri Mam Zeki Sicari kimi tanınan İsmayıl Özdeni öldürüb.

Türk Silahlı Qüvvələrinin Baş Qərargahı çərşənbə günü yaydığı tvitdə əməliyyatın təhlükəsizlik xidməti ilə birgə keçirildiyini yazıb.

Sincar, Iraq
Sincar, Iraq

Ninəva əyalət məclisinin üzvü David Şeyx Cundi Amerikanın Səsinə verdiyi açıqlamada bildirib ki, hücum Sincar qəsəbəsinin yezidi kəndində İslam Dövləti qırğınının dördüncü ildönümündə yerli sakinlərin mərasimindən geri dönərkən baş verib. Şeyx Cundi beş hərbçinin həlak olduğunu bildirir.

O əlavə edib ki, hücum İraqın suverenliyini pozur və İraq baş naziri Heydər əl-Əbadinin bu həftə Türkiyəyə rəsmi səfərdə olduğunu zamana təsadüf edir.

"İraq baş nazirinin səfəri zamanı Türkiyənin sərhədi keçməsi İraqa qarşı hörmətsizlikdir," Cundi deyib.

Çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Əl-Əbadi hökumətinin sərhədlərini nəzarət altına almaq üçün Türkiyə ilə işləyəcəyini və İraq hökumətinin "İraq ərazisindən Türkiyəyə qarşı hər hansı bir hücum başlatdığını" rədd etdiyini söyləyib.

PKK təxminən 40 ildir Türkiyədə kürd muxtariyyəti qurmağa çalışan kürd üsyançı qrupdur. Qrup ABŞ və Avropa İttifaqı daxil olmaqla Türkiyə və onun Qərb müttəfiqləri tərəfindən terror təşkilatı sayılır.

XS
SM
MD
LG