Accessibility links

Türk mətbuatı təbrizli qadının keramika emalatxanası haqda yazır


Solmaz Tok (Foto: Atakan Çıtlak - Anadolu Ajansı)
Solmaz Tok (Foto: Atakan Çıtlak - Anadolu Ajansı)

Təbrizli qadın sənətkar İranda hobbi olaraq öyrəndiyi keramika sənətini Türkiyədə peşəyə çevirib.

Anadolu xəbər agentliyinin məlumatına əsasən, Türkiyə vətəndaşlığını alan Solmaz Tok İranda hobbi olaraq öyrəndiyi keramika sənətini Türkiyənin KOSGEB adlı dövlət təşkilatının "Sahibkarlıq Dəstək Proqramı"-dan aldığı 50 min liralıq dəstəklə emalatxana açıb.

Tok 18 il əvvəl Təbriz şəhərində keramika sənəti ilə maraqlandığını və bu sənəti öyrənməyə başladığını deyir.

Solmaz Tok İranda yaşadığı dövrlərdə hobbi üçün keramika sənətini öyrənsə də, zaman keçdikcə daha həvəsli şəkildə bu sənətə vaxt ayırıb.

Tok 18 il əvvəl Təbriz şəhərində keramika sənəti ilə maraqlandığını və bu sənəti öyrənməyə başladığını deyir. Təbrizli sənətkar istedadlı ustalardan dərslər aldığını və tədricən bu sənətdə inkişaf etdiyini bildirir.

O, 4 il əvvəl Türkiyənin Giresun şəhərinə köçüb.

Tok İranda Təbriz və Tehran başda olmaq üzrə bir çox yerlərdə, o cümlədən Ankara və ətraf türk regionlarında sərgilər açıb.

Giresunda çalışmaq arzusunu reallaşdıran Tok boşqab, fincan və dekorativ obyektlər kim müxtəlif məhsullar istehsal etdiyini ifadə edib.

XS
SM
MD
LG