Accessibility links

Türkiyə Çinin şikayətindən sonra uyğur etirazçıları təqib etməyə başlayıb


Türkiyə Çindəki etnik uyğur azlıqlarının müdafiəçisi olub və Pekini Sincanda o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğaının 2009-cu ildə soyqırım adlandırdığı sərt siyasətinə son qoymağa çağırıb.

Lakin son illərdə Türkiyənin mövqeyi dəyişib və Türkiyə rəsmiləri Çinin uyğurlarla bağlı siyasətini tənqid etməyi böyük ölçüdə dayandırıblar, Türkiyə hökuməti isə ölkə daxilində uyğur fəalları təqib etməyə başlayıb.

Türkiyədə yaşayan uyğurların itkin düşən ailə üzvləri barədə məlumat əldə etmək məqsədilə İstanbulda Çin konsulluğunun önündə aylarla etiraz keçirməsindən sonra polis yanvar ayında təhlükəsizlik və COVID-19-la bağlı narahatlıqlar səbəbilə onların toplanmalarına qadağa qoydu.

Bunun ardınca bəzi fəallar etiraz aksiyalarını Çinin Ankaradakı səfirliyinin önündə keçirməyə başladılar və fevral ayının əvvəlində orada bir neçə gün nümayiş keçirdilər.

Istanbulda uyğurların etirazı
Istanbulda uyğurların etirazı

Onlar arasında 2011-ci ildən bəri İstanbulda yaşayan 30 yaşlı uyğu fəal Cevlan Şirmemet də var idi.

Şirmemetin 2018-ci ildə Sincandan olan 57 yaşlı hökumət rəsmisi Suriyə Tursunla əlaqələri kəsilib. Onun sözlərinə görə bu, anasının Sincanda Çinin “təkrar təhsil mərkəzi” adlandırdığı “konsentrasiya düşərgəsinə” göndərilməsindən sonra baş verib.

“Anam yoxa çıxandan sonra mən 2019-cu ildə anamı tapmaq üçün Çin səfirliyi ilə əlaqə saxladım, amma onlar mənim tələblərimi göz ardı edirlər,” Şirmemet deyib.

O, Amerikanın Səsinə deyib ki, bu yaxınlarda polis onu və üç digər fəalı həbs edib və onları diplomatik missiyanın önündəki etirazlarına son qoyacağı təqdirdə sərbəst buraxmağa razılaşıb.

Uyğurlar Ankarada Çin səfirliyinin önündə etiraz edir
Uyğurlar Ankarada Çin səfirliyinin önündə etiraz edir

Soyqırımın tanınması

Fevralın 22-də Kanada ABŞ0da sonra Çinin Sincanda uyğurlara qarşı etdiklərini soyqırım kimi tanıyan ikinci ölkə oldu. Niderland parlamenti də fevralın 25-də bənzər qətnamə irəli sürdü.

Hazırda Prezident olan Ərdoğanın on il öncə Çinin Sincandakı əməllərini soyqırım adlandırmasına baxmayaraq, Türkiyə höküməti məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.

Sığınacaqda olan uyğu fəalların ən böyük qrupu olan Ümumdünya Uyğur Konqresi 45 000 uyğurun Türkiyədə sığınacaqda yaşadığını təxmin edir.

Türkiyədəki uyğurlar deyir ki, Çinin onlara qarşı əməllərinin soyqırım olaraq tanınması onları fəaliyyətlərini davam etməyə həvəsləndirib və Ankaraya Sincanda baş verən hüquq pozuntuları ilə bağlı cəld addım atması üçün təzyiq göstərib.

Türkiyə rəsmiləri etirazçıları tənqid edir

Çin rəsmiləri israr edir ki, uyğurlar ölkədə bərabər hüquqlara saibdirlər və onların Sincanda gördüyü təsbirlər “terrorizm, ekstremizm və sepratizmdən ibarət üç şər”ə qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Çinin Ankaradakı səfirliyinin sözçüsü Amerikanın Səsinə bildirib ki, Çin hökuməti “Sincandan olan çinli həmvətənlərinə”qohumları ilə əlaqə qurmalarına yardım edir. Səfirlik bildirir ki, etirazçıların əsasən Çinə “böhtan atmaq” məqsədilə nümayiş keçirirlər.

“Türkiyə polisinin yaxınlıqda etiraz və nümayiş olduğu zaman Çin Səfirliyini və Konsulluğunu və asayişi qorumaq üçün lazımı tədbirlər görmək kimi qanuni öhdəliyi var,” sözçü Amerikanın Səsinə bəyanatında bildirib.

Türkiyə rəsmiləri ictimai şəkildə etirazçıların bəzi iddialarına şübhə ilə yanaşıb.

Türkiyə polisi Ankarada uyğurların etirazlarının qarşısını alandan sonra Daxili İşlər Naziri Süleyman Soylu fevralın 15-də bəyanat yayaraq, etirazçılara “okeanın digər tərəfindən gələn planlaşdırılmış beynəlxalq münaqişənin” qurbanı olmamaq barədə xəbərdarlıq edib.

Vaşinqtonda qərargahlanan Kato İnstitutunun baş elmi araşdırmaçısı Mustafa Akyol deyir ki, Soylunun bu məsələni “planlaşdırılmış beyəlxalq münaqişə” adlandırması rəsmilərin uyğur məsələsinə Birləşmiş Ştatları cəlb etdiyini və bunu Vaşinqtonun Çinlər rəqabəti ilə əlaqələndirdiyinə işarə edir.

İqtisadi asılılıq

Digər təhlilçilər Türkiyənin uyğurlarla bağlı mövqeyinin dəyişməsinin arxasında iqtisadi səbəblərin olduğunu düşünür, çünki Türkiyə iqtisadiyyatı illərdir tənəzzül edir.

Vaşinqtonda qərargahlanan Brukinqs İnstitutunun baş elmi işçisi Kemal Kırışçı bildirib ki, Türkiyə hökuməti ümid edir ki, Çinin sərmayələri, ticarəti və kreditləri iqtisadiyyatı xilas etməyə yardım edə bilər.

“Türkiyə COVID-19 vaksinlərini Çindən almağı seçib, və bununla əlavə asılılıq yaradıb,” Kırışçı Amerikanın Səsinə bildirib.

O deyib ki,vaksinlərin Türkiyənin ödəyə bildiyi qiymətdə axın etməsi üçün Ankara uyğurlala bağlı səssizliyini qorumalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG