Türkiyə hökuməti İstanbulda Əfqanıstandan da olmaqla, yüzlərlə qeydiyyatsız qaçqını nəzarət altına alıb. Bu, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Türkiyəyə qaçan əfqanların artmasının qarşısını almaq üçün Prezident Rəcəp Tayyib Ərdoğan hökumətinə təzyiqlərin artdığı bir vaxta təsadüf edir.
Rəsmilər keçən ay İstanbulda başlayan təmizləmə işləri zamanı yüzlərlə sənədsiz əfqanın nəzarət altına alındığını bildirib. Taleləri bəlli olmayan əfqanlar təhlükəsiz yerlərə aparılır.
Adının açıqlanmasını istəməyən bu qaçqın deyir ki, həbslər əfqanlar arasında qorxu yaradıb. "Sənədləri olmayan əfqanları əsir alırlar və deportasiya edirlər. Sənədləri olmayan insanlar çox narahatdırlar. İşləyə bilmirlər. Heç yerə gedə bilmirlər. Biz onlardan bunu etməmələrini istəyirik, çünki Əfqanıstanda vəziyyət yaxşı deyil, həqiqətən də orada dəhşətli şeylər baş verir."
Türkiyə rəsmiləri yalnız sənədləri olmayanları hədəf aldıqlarını deyir. Lakin yardım qrupları hökumətin əfqanların sığınacaq üçün qeydiyyatdan keçməsinə icazə vermədiyini iddia edir. Əfqan Qaçqınları Həmrəyliyi Dərnəyindən Əli Hikmət: "Türkiyə hökuməti onları qeydiyyata almamaq qərarına gəlib və sərhədə daha çox qüvvə göndərib ki, əfqan qaçqınlar gələ bilməsin. Sərhədi keçə bilənləri isə İrana qaytarmaq istəyir."
Türkiyə artıq Suriyadakı vətəndaş müharibəsindən qaçan təxminən dörd milyon qaçqına ev sahibliyi edir və hökumət artıq qaçqın qəbul edə bilməyəcəyini deyir.
Əsas müxalifət partiyası yeni qaçqın axınının qarşısını almaq üçün "Sərhəd bizim şərəfimizdir" şüarı altında hökuməti ölkənin sərhədlərini qorumağa çağırır. CHP-nın üzvü: "Türkiyədə artan işsizlik səbəbiylə gərginlik yaranıb və Türkiyənin bir çox işsiz vətəndaşı suriyalıların və ya gələcəkdə əfqanların onların iş yerlərini alacağından narahatdır."
Bir çox qaçqın İstanbulun Prezident Rəcəp Tayyib Ərdoğanın seçki istehkamı olan məhəllələrində məskunlaşıb.
Qaçqınlara qarşı artan narazılıq iki il əvvəl İstanbulun bələdiyyə seçkilərində Ərdoğanın partiyasının məğlubiyyətinin əsas faktorlarından biri olub.
Türkiyə hökuməti bu ilin yanvar-iyul ayları arasında 10 mindən çox əfqanın deportasiya edildiyini bildirib. Taliban Əfqanıstanda yenidən hakimiyyətə gəldikdən sonra bu əfqan qaçqın şəfqət diləyir. "Hazırda ölkəm yaxşı vəziyyətdə deyil. Heç kim üçün təhlükəsiz deyil. Bu səbəbdən Türkiyə hökumətindən bizə yardım etməsini xahiş edirəm. Bizim yardıma ehtiyacımız var."
Lakin burada çoxları təzyiqlərin davam edəcəyini düşünür.