Accessibility links

Ərdoğan Əfqanıstanın yeni müvəqqəti hökumətinə qarşı ehtiyatlı olmağa çağırıb


Türkiyə Kabil hava limanının yenidən fəaliyyətə başlaması ilə bağlı Talibanla danışıqları davam etdirməsinə baxmayaraq, Əfqanıstanın müvəqqəti hökumətinə qarşı ehtiyatla davranır.

Keçən ay hakimiyyəti ələ keçirdikdən sonra Talibanla danışıqların aparılmasına çağıran ilk ölkələrdən biri də Türkiyə olub. Lakin Talibanın bu həftə müvəqqəti hökumət elan etməsi ilə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan yeni hökumətə daha ehtiyatlı yanaşmaya çağırıb.

"Bildiyiniz kimi, hazırda bunu daimi adlandırmaq çətindir, lakin müvəqqəti bir kabinet elan edildi. Bu müvəqqəti kabinetin nə qədər davam edəcəyini bilmirik. Etməli olduğumuz tək şey bu prosesi diqqətlə izləməkdir" - deyə, Ərdoğan bildirib.

Amma Ərdoğan Kabil hava limanında əməliyyatların yenidən başlanması ilə bağlı Talibanla Qətər arasında danışıqlarda irəliləyiş əldə edildiyini desə də, əsas məsələlərin həll edilmədiyi barədə xəbərdarlıq edib.


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Talibanın hava limanının təhlükəsizliyini təmin etməkdə təkid etməsinin əsas maneə olaraq qaldığını deyib.

Çavuşoğlu "Taliban və ya Əfqanıstan qüvvələri təhlükəsizliyi hava limanının xaricində təmin edə bilər. Ancaq daxilində beynəlxalq ictimaiyyətin etibar etdiyi bir təhlükəsizlik şirkəti olmalıdır" deyib.

"Əks təqdirdə, Türk Hava Yolları da daxil olmaqla, hava yolları şirkətləri oraya uçmaq istəsələr də, sığorta şirkətləri buna icazə verməz" - deyə, o əlavə edib.

Türkiyənin NATO qüvvələrinin Əfqanıstanda iyirmi ildir davam edən hərbi mövcudluğunda iştirakına baxmayaraq, Taliban hava limanının yenidən istifadəyə verilməsi üçün Ankaraya müraciət edib.

Türkiyə NATO-nun yeganə müsəlman üzvüdür və Əfqanıstanla tarixi əlaqələri var.

Kabil hava limanının yenidən açılması öz vətəndaşlarını, eləcə də bir vaxtlar NATO və qərb ölkələrinin səfirliklərində işləyən Əfqanıstan vətəndaşlarını təxliyə etməyə çalışan Avropa ölkələri və ABŞ üçün çox vacibdir.

Ankaranın Əfqanıstanın yeni hökumətinə ehtiyatlı davranması və Talibanın qadınlara və etnik azlıqlara münasibətini araşdırılmasına dair çağırışları Türkiyənin Əfqanıstan məsələsində qərb müttəfiqləri ilə həmrəy olmasının vacibliyini dərk etdiyinin əlaməti ola bilər.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG