Accessibility links

Ərdoğan: İnsanlar könüllü karantinə tabe olmasa, əlavə tədbirlər görüləcək


Çərşənbə günü Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan koronavirus daha çox yayılarsa və insanlar "könüllü karantinə" tabe olmazsa, əlavə tədbirlər görülməli olacağını bildirib.

“Bütün vətəndaşlarımız könüllü olaraq karantində olsalar, əlavə tədbirlərə ehtiyac qalmayacaq. Ancaq pandemiya yayılarsa və vətəndaşlarımız evdə qalmazlarsa, daha ciddi tədbirlər görə bilərik" - deyə, Ərdoğan AKP-nin televiziya ilə nümayiş etdirilən yığıncağında bildirib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Türkiyədə koronavirus xəstəliyindən ölənlərin sayının 277-yə, yoluxanların sayının 15,679-a çatdığını bildirib.

Ərdoğan "İstehsal və ixracı davam etdirməyə qərarlıyıq" deyib.

Bu arada, Türkiyə İtaliya və İspaniyaya maska, xüsusi kostyumlar, eynək və dezinfeksiyaedici maddələrlə dolu təyyarə göndərib.

XS
SM
MD
LG