Accessibility links

Türkiyə - qəlizləşən NATO müttəfiqi


ABŞ-ın rəhbərlik etdiyi NATO alyansının beş yüksək rütbəli diplomatı Suriyada keçirdiyi əməliyyatlardan və Rusiya ilə sərhəd müqaviləsindən hiddətlənməsinə baxmayaraq, müttəfiq Türkiyəyə dəstəyin qaldığını deyirlər.

Türkiyənin İslam Dövləti ilə mübarizəni riskə ataraq sərhəd bölgəsində keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq İspaniya özünün Patriot raketlərini həmin ölkədən geri çəkəçəyi ilə təhdid edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın 9-da Suriyada kürd qüvvələrə qarşı başlatdığı əməliyyatlardan sonra ilk dəfə cümə axşamı NATO-nun müdafiə nazirlərinin keçirdiyi yığıncada İspaniyadan Marqarita Robles Madridin raketlərini geri almayacağını, və əgər Ankara istəyərsə, batareyaların çıxarılmasını daha 6 ay uzada biləcəyini deyib.

NATO-nun müdafiə nazirləri
NATO-nun müdafiə nazirləri

Geriyə addım, diplomatların fikrincə, Suriyaya hücumudan qəzəblənməsinə baxmayaraq, NATO tonunu bu ölkəni yanında saxlamaq üçün dəyişməsinə işarədir.

NATO-nun Şimali Atlantika Şurasında çıxışı zamanı Türkiyə nümayəndəsi Hulusi Akar ölkəsinin Birləşmiş Ştatlarla olduğu kimi Rusiya ilə müqavilələr bağlamağa ixtiyarı olduğunu deyib.

Yalnız Fransanın rəhbərlik etdiyi kiçik bir qrup dövlət Türkiyəni ciddi şəkildə tənqid etmək iqtidarında olub.

İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası

“Vəziyyəti daha da mürəkkəbləşdirməmək üçün ümumi səylər göstərilir," bir NATO diplomatı deyib. Trampdan sonra Türkiyənin də alyansa gərginlik gətirdiyini desə də, “onu itirməməliyik” deyə diplomatlardan biri Reuters xəbər agentliyinə bildirib.

İncirlik hava bazasında ABŞ-ın nüvə başlıqlarını saxlayan və ittifaqdakı ikinci ən böyük orduya sahib olan Türkiyənin alyansda, xüsusən də Qara və Aralıq dənizlərində strateji əhəmiyyəti var.

Dekabrın 4-də təsis olunmasının 70-ci ildönümünü qeyd etməyə hazırlaşan hərbi ittifaq üzvlər arasında vəhdəti qoruyub saxlamaq və ittifaqın böhra keçirmədiyini göstərməkdə əzmlidir.

XS
SM
MD
LG