Accessibility links

Türkiyə Afrikanın 5 ölkəsi ilə sərhədlərini bağlayıb


COVİD-29-un dünyada böyük narahatlıq yaradan və Afrika ölkələrinə səyahət qadağalarına səbəb olan yeni variantı ilə əlaqədar olaraq Türkiyə də 5 Afrika ölkəsinə səyahət məhdudiyyəti qoyub.

Səhiyyə naziri Fəxrəddin Qoca Twitter hesabında mövzu ilə bağlı açıqlama yayıb.

“Nu variantı səbəbindən artan yoluxmalara görə; Bu gecədən etibarən Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən ölkəmizə bütün quru, hava, dəniz və dəmir yolu sərhəd qapılarımızdan keçməyə icazə verilməyəcək” - deyə, nazir yazıb.

Qəbul edilən qərara əsasən, bu ölkələrə uçuşların da dayandırılması gözlənilir. Yeni variant bir çox ölkələrin, xüsusilə Aİ ölkələri və Böyük Britaniyanın Afrika ölkələrinə səyahət məhdudiyyətləri tətbiq etməsinə səbəb olub.

Bundan öncə “Nu variantı” kimi tanınan, lakin Ümumdünya Səhiyyə Təşkilatının “Omikron” adını verdiyi yeni varianta qarşı peyvəndlərin nə dərəcədə qorunmanı təmin etdiyi barədə dəqiq məlumat yoxdur.

Cənubi Afrikada ortaya çıxdığı təsbit edilən sözügedən variantın ilk dəfə Avropa qitəsində Belçikada qeydə alındığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG