Türkiyənin xarici işlər naziri ABŞ prezidenti Donald Trampın bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müsəlman din adamının ekstradisiyasının nəzərdən keçirildiyində əmin etdiyini bildirib.
Mevlut Cavuşoğlu ABŞ-ın CNBC kanalına deyib ki, Tramp Böyük İyirmiliyin Argentina saamiti zamanı Fətullah Gülənin ekstradisiya məsələsi üzərində işlədiyini bildirib.
Türkiyəli din xadimi Fətullah Gülən ABŞ-ın Pennsilvaniya ştatındakı iqamətgahında yaşayır.
Gülən bir vaxtlar Türkiyə hökumətinin tərəfdarı olub. Lakin 1999-cu ildə Türkiyədə dünyəvi dövlət quruluşunu devirmək ittihamları ilə üzləşdikdən sonra o, ABŞ-a pənah gətirib.
Din xadimi Rəcəb Tayyib Ərdoğan hökumətini korrupsiyada ittiham edib.
Türkiyə Fətullah Güləni 2016-cı ilin iyul ayı çevriliş cəhdində günahlandıraraq, onu terrorçu adlandırıb və Birləşmiş Ştatlardan onun ekstradasiyasını istəyib. Lakin ABŞ indiyədək Türkiyənin bu tələbini rədd edib.