Accessibility links

Türkiyə ABŞ-ın F-35 təyyarələrinin satışını bloklamasına etiraz edir


Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç

Türkiyə ABŞ qanunvericilərinin Türkiyənin Amerika istehsalı deyil, Rusiyadan raket müdafiə sistemi alması haqda təəhhüdünə görə Ankaraya F-35 döyüş təyyarələrininin satışını blok etməsinə etiraz bildirib.

Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç Amerikanın Səsinə blidirib ki, əgər Konqres Türkiyəyə 100-dən çox təyyarənin satışının blok edilməsini nəzərdə tutan qətnaməni təsdiq etsə, bu, iki NATO müttəfiqi arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilər.

“Biz bu günə qədər F-35 layihəsinə 800 milyon dollar maliyyə vermişik. Bu təyyarələrdən ikisi Türkiyə hökumətinə çatdırılıb. Mən hesab edirəm ki, Konqres gələcək satışların qarşısını almaq üçün belə bir qərar qəbul etməyəcək”, səfir bildirib.

F-35 döyüş təyyarəsi
F-35 döyüş təyyarəsi

O deyib ki, döyüş təyyarələrinin satışı blok edilsə, “ABŞ Amerikanın müdafiə sənayesində etibarlı təchizatçı kimi öz nüfuzunu itirə bilər”.

Birləşmiş Ştatlar dünyanın ən böyük silah ixracatçısıdır.

ABŞ Amerikanın müdafiə sənayesində etibarlı təchizatçı kimi öz nüfuzunu itirə bilər.
Sərdar Kılıç

Mübahisənin mərkəzində Ankaranın kürd döyüşçüləri və islamçı militantlara qarşı müdafiə məqsədilə keçən ilin dekabrında Rusiyadan S-400 "yer-hava" tipli batareyaların alınması haqda qərarı durur.

ABŞ rəsmiləri bildirir ki, Türkiyənin F-35 təyyarələrinin Avropa üzərində uçduğu zaman Rusiyanın S-400 tipli müdafiə sistemi yerləşdirməsi Moskvaya təyyarədə istifadə edilən həssas və məxfi texnologiyaya çıxış imkanı verə bilər.

Rusiyanın S-400 raket müdafiə sistemi
Rusiyanın S-400 raket müdafiə sistemi

“Biz narahatıq ki, bu sistemləri Rusiyadan almaqla, bu, onlar tərəfindən bizim gördüyümüz heç də ən yaxşı hesab edilməyən davranışa dəstək verilmiş olacaq”, dövlət katibinin hərbi-siyasi məsələlər üzrə yardımçısı Tina Kaydanov deyib.

O bildirib ki, “biz türklərə Patriot təyyarələri ilə bağlı nə edə biləcəyimizi anlatmağa çalışırıq”.

“Mən Türkiyənin S-400 sistemini almasını Amerika üçün təhlükə hesab etmirəm. Türkiyə hökuməti deməyəcək ki, `gəlin həm də Amerikaya təhlükə yaradacaq nəsə edək”, səfir Serdar Kılıç Amerikanın Səsinə müsahibəsində deyib.

XS
SM
MD
LG