Accessibility links

Türkiyə ABŞ-ın İrana qarşı sanksiyaları əleyhinə çıxdığını bir daha təkrarlayıb


Türkiyə bazar ertəsi ABŞ-ın onun qonşusu İrana qarşı tətbiq etdiyi sanksiyalar əleyhinə olduğunu bir də təkrarlayaraq, koronavirus pandemiyası dövründə dünyanın daha çox əməkdaşlığa və həmrəyliyə ehtiyacı olduğunu deyib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu açıqlamanı mart ayında koronavirus epidemiyası başlayandan bəri Türkiyəyə səfər edən ilk xarici rəsmi olan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birlikdə keçirilən mətbuat konfransında verib.

"İranda sabitlik və əmin-amanlıq bizim üçün vacibdir. Biz birtərəfli sanksiyaların əleyhinəyik. Əslində pandemiya bizə dünyanın daha çox əməkdaşlığa və həmrəyliyə ehtiyacı olduğunu öyrətdi", Çavuşoğlu deyib.

Zərif ABŞ-ın "pandemiya zamanı İran iqtisadiyyatına zərər vurmaq üçün sanksiyaları sərtləşdirdiyini" deyib. O, Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib.

Prezident Donald Tramp İrana qarşı sərt sanksiyaları 2018-ci ilin mayında ABŞ-ı İranla dünya qüdrətləri arasında imzalanmış nüvə razılaşmasından çıxardıqdan sonra tətbiq etməyə başlayıb. Amerika rəsmiləri İranın nüvə qabiliyyətli raketlər əldə etməyə çalışdığını bildirir, İran isə bu iddiaları rədd edir.

Bununla yanaşı, nazirlər hər iki ölkənin sərhədlərinin səyahətçilər üçün açılması istiqamətində çalışdıqlarını və avqustun 1-dən Türkiyə ilə İran arasında uçuşları bərpa etməyi planlaşdırdıqlarını bildirib.

İranda koronavirus epidemiyasının yayılmasından sonra bağlanan sərhəd o vaxtdan bəri yalnız ticarət üçün açıqdır.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG