Accessibility links

Türkiyə: "ABŞ-ın mümkün sanksiyalarına cavab veriləcək"


Türkiyə Rusiyadan S-400 raketlərdən müdafiə sistemi aldığına görə Vaşinqtonun sanksiyaları ilə üzləşəcəyi təqdirdə cavab tədbirlərinin görüləcəyi ilə hədələyib.

Biz Türkiyəyə ədavətlə yanaşanlara baş əyəcək bir ölkə deyilik

Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoğlu prezident Donald Trampa bu ölçüyə əl atılmasına mane olduğu üçün təşəkkürünü bildirib.

Nazir deyib ki, bu, nə təhdid, nə də blefdir.

“Biz Türkiyəyə ədavətlə yanaşanlara baş əyəcək bir ölkə deyilik,” Çavuşoğlu əlavə edib.

O, prezident Trampın sanksiyaların əleyhinə olduğunu və əvvəlki administrasiyanın Türkiyənin "Patriot" sistemi almamasına görə məsuliyyət daşıdığını bildirdiyini diqqətə çatdırıb. Nazir bunun həqiqət olduğunu söyləyib.

Türkiyə Birləşmiş Ştatların sanksiyaları ilə qarşılaşmaq təhlükəsinə əhəmiyyət verməyərək S-400 raket müdafiə sisteminin komponentlərinin ilk üç hissəsini iyulun 12-də, dördüncü partiyanı isə iyulun 13-də təhvil alıb.

Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini və F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını hesab edir.

Vaşinqton Türkiyəni ABŞ istehsalı olan "Patriot" raket müdafiə sistemi almağa çağırıb.

Birləşmiş Ştatlar Türkiyəyə qərarın dəyişdirilməsi, ya da ABŞ-ın F-35 layihəsində iştirakdan məhrum edilmək arasında seçim etmək üçün iyulun 31-ə qədər möhlət verib.

ABŞ artıq Türkiyənin F-35 proqramından çıxarılması prosesinə start verib.

Lakin ABŞ artıq Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başlayıb. Türkiyə pilotlarına döyüş təyyarələrinin idarə edilməsi üçün Birləşmiş Ştatlarda təlimlərin verilməsini dayandırılıb.

ABŞ dövlət katibi Mayk Pompeo keçən həftə Türkiyənin xarici işlər naziri ilə telefonda danışıb və Türkiyənin Rusiyanın S-400 raket sistemini alması ilə bağlı məyusluğunu ifadə edib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

Vaşinqton Türkiyənin Rusiyanın raket müdafiə sistemini almasına qarşı çıxıb və sanksiyalar tətbiq etməklə hədələyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG