Accessibility links

Türkiyə ABŞ hərbi gəmilərinin mayın 4-nə qədər Qara dənizdə yerləşəcəyini bildirib


Rəsmi Ankara xəbər verib ki, Rusiyanın Ukraynanın şərqində hərbi qüvvələrini topladığına görə ABŞ hərbi gəmilərindən ikisinin Qara dənizdə yerləşdirilməsi məqsədi ilə Türkiyə boğazıdan keçəcəyi barədə xəbər verib.

Bu yaxınlarda Donbass bölgəsində Ukrayna qoşunları ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında zorakılıqlar yenidən qızışıb. Almaniya Rusiyadan qoşunlarını geri çəkməsini istəyib, Moskva isə cavabında Kiyevi təxribatda günahlandırıb.

“15 gün əvvəl ABŞ-ın iki hərbi gəmisinin Montreux Konvensiyasına uyğun olaraq Qara dənizə keçəcəyi barədə diplomatik kanallar vasitəsilə bizə bir bildiriş göndərilib. Gəmilər 4 may tarixinə qədər Qara dənizdə qalacaq ” - deyə, Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.

1936-cı ildə bağlanmış Montreux razılaşması Türkiyənin Bosfor və Çanaqqala boğazları üzərində nəzarətini təmin edir, dənizə hərbi gəmilərinin girişini məhdudlaşdırır və xarici yük gəmilərini idarə edir.

XS
SM
MD
LG