Accessibility links

Türkiyə ABŞ konsulluğunun işçisinə hökm çıxarıb


ABŞ-ın İstanbuldakı konsulluğu
ABŞ-ın İstanbuldakı konsulluğu

Türkiyə terror qrupuna üzv olmaq ittihamı ilə artıq üçüncü ABŞ Konsulluğu işçisi, onun həyat yoldaşı və qızına qarşı hökm çıxarıb. Bu addım Ankara ilə Vaşinqton arasında münasibətləri daha da gərginləşdirə bilər.

ABŞ-ın İstanbuldakı ABŞ Konsulluğunun mühafizə xidmətinin işçisi Nazmi Mete Cantürk, həyat yoldaşı və qızı Ankaranın 2016-cı ildə çevriliş cəhdini təşkil etməkdə günahlandırdığı Fəthullah Gülənlə əlaqələri olmaqda ittiham olunur.

Martın 8-də hazırlanan, lakin ictimaiyyətə açıqlanmayan ittihamnaməyə əsasən Türkiyə prokuroru silahlı terror təşkilatına üzvlük ittihamı ilə hər üçünün həbsini tələb edir.

İttihamnamədə Cantürkün barələrində Gülənin şəbəkəsinin üzvləri olduqlarına görə istintaq aparılan onlarla insanla əlaqəsinin olduğu və “şübhəlinin əməllərinin terror təşkilatının göstərişlərinə uyğun olduğuna dair dəlillərin əldə olunduğu” bildirilir.

Cantürk, həyat yoldaşı və qızlarının ittiihmları rədd etdikləri deyilir.

Cantürkün vəkili şərh verməkdən imtina edib.

Dövlət Departamentinin sözçüsü deyib ki, Vaşinqtonda Cantürkün hər hansı qanunsuz əməllərlə məşğul olduğuna dair əsaslı sübut yoxdur və o, 30 illik karyerası boyunca işi səbəbilə Türkiyə höküməti və təhlükəzilik qüvvələri ilə əməkdaşlıq edib. O, məsələnin sürətli, şəffaf və ədalətli həllinə çağırıb.

Reuters-in əldə etdiyi ittihamnamə və ilkin icraat hesabatına əsasən, Cantürk 2018-ci ilin yanvar ayında İstanbul polisi tərəfindən dindirilib və ardınca ev dustaqlığına buraxılıb. Martın 22-də hazırlanan həmin hesabatda ilk məhkəmə iclasının iyun 25-də keçiriləcəyi bildirilib.

ABŞ-ın Türkiyədəki konsulluqlarındaa çalışan iki digər Türkiyə vətəndaşı da 2017-ci ildə terror və casusluq ittihamları ilə həbs olunub. Onların həbsi Vaşinqtonun Türkiyədə qeyri-immiqrant viza ərizələrini müvəqqəti aradan qaldırmasına və Ankaranın bənzər addım atmasına səbəb olub ki, bu da NATO müttəfiqləri arasında ən pis böhranlardan birinin yaranması ilə nəticələnib.

Türkiyə məhkəməsi martın 28-də onlardan biri, tərcüməçi Metin Topuzun mayın 15-də baş tutacaq məhkəmə iclasınadək həbsdə qalmasına dair hökm çıxarıb. Topuz ömürlük həbs cəzası ilə üzləşir.

Bir digəri, ABŞ-ın Adana şəhərindəki Konsulluğunda tərcüməçi vəzifəsinə çalışan Hamza Ulucay terror ittihamı ilə dörd il yarım müddətinə həbs cəzasına məhkum edilib, lakin həbsdə iki il keçirəndən sonra yanvar ayında səyahət məhdudiyyətləri ilə azadlığa buraxılıb.

Topuz casusluq və Gülənlə əlaqə ittihamlarını rədd edib. Ulucay da məhkəmə prosesi zamanı terror təşkilatları ilə əlaqəsi olduğunu inkar edib.

Bu ayın əvvəli iki ABŞ senatoru Konqresdə ABŞ vətəndaşları və yerli konsulluq işçilərinin həbsinə görə məsuliyyət daşıyan Türkiyə rəsmilərinə qarşı sanksiyaların tətbiq olunmasını tələb edən hər iki partiyanın dəstəklədiyi qanunu təqdim edib.

Bu ayın əvvəli ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı digər məhkəmə işlərinin də tez bir zamanda başa çatdırılmasına çağırıb. NATO müttəfiqləri olmalarına baxmayaraq, Vaşinqton və Ankara Suriya və Ankaranın Rusiyanın raketdən qorunma sistemini almaq planı üzərinə fikir ayrılığı yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG