Türkiyə Birləşmiş Ştatların nümayəndə heyətinin Suriyada “təhlükəsizlik zonası”nda birgə əməliyyat mərkəzinin yaradılması məqsədilə ölkəyə gəldiyini bildirib. Əməliyyat mərkəzinin yaradılması iki ölkə arasında keçən həftə əldə edilmiş razılığın bir hissəsidir və belə görünür, razılaşmanın əldə edilməsi Türkiyənin Suriyaya mümkün yeni müdaxiləsinin qarşısının alınması ilə nəticələnib.
Türkiyənin Müdafiə Nazirliyi bazar ertəsi günü Twitter sosial şəbəkəsində açıqladığı mesajda ABŞ nümayəndə heyətinin tərkibində altı nəfərin Şanlıurfaya gəldiyini və mərkəzin yaxın zamanda fəaliyyətə başlayacağını bəyan edib.
Türkiyə ABŞ-ın müttəfiqi olan Suriya kürdlərinin sərhəd bölgəsindən Suriyanın içərisinə çəkilməsinə çalışır. Ankara Suriya kürdlərinin qruplaşmasını Türkiyədəki kürd üsyançıları ilə əlaqədar olan terrorçu hesab edir. Suriyada kürd döyüşçüləri İslam Dövləti qrupuna qarşı mübarizədə ABŞ-ın müttəfiqləri olub.
Keçən həftə Vaşinqton və Ankara arasında birgə əməliyyat mərkəzinin yaradılması haqda əldə edilmiş razılıqda regionun kürd döyüşçülərindən təmizlənməsi məsələsinin detallarına toxunulmayıb.