Accessibility links

ABŞ-la Türkiyə arasında münasibətlər daha da gərginləşir


ABŞ-la onun NATO müttəfiqi olan Türkiyə arasında münasibətlərin gərginləşməsi səngimək bilmir. Mübahisə Ankara casusluqda ittiham edərək həbs etdiyi amerikalı pastoru azadlığa buraxmaqdan imtina etməsindən sonra başlayıb.

Pastorun həbsdə saxlanılmasına cavab olaraq bu ayın əvvəli ABŞ-ın Maliyə Nazirliyi Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib. Administrasiya mənbələri Türkiyəyə qarşı əlavə sanksiyaların tətbiq edilməsinin hazırda müzakirə olunduğunu bildirib.

Türkiyə məhkəmə edilməsini gözləyən Bransonu ev dustaqlığında saxlayır.

ABŞ-ın Türkiyədəki səfrliyində xidmət göstərən rəsmisi Ceffri Hovenier çərşənbə axşamı Bransonu ziyarət edib.

“Biz Türkiyə rəsmilərini pastorun və qanunsuz həbs edilən digər amerikalıların, o cümlədən ABŞ-ın diplomatik missiyalarında işləyən Türkiyə vətəndaşlarının məhkəmə proseslərinin yubanmadan, ədalətli və şəffaf şəkildə başa çatdırılmasına çağırırıq” deyə Ceffri Hovenier bildirib.

İki ölkə arasında mübahisənin kəskinləşməsi Türkiyə iqtisadiyyatında böhranı daha da pisləşdirib.

Türkiyə valyutası ABŞ dollarına nisbətdə dəyərini 40 faiz itirib.

Ərdoğan yerli valyutanı möhkəmləndirmək məqsədi ilə türkləri dollarlarını lirəyə dəyişməyə çağırıb.

XS
SM
MD
LG