Accessibility links

Türkiyə Axısqa türkləri ilə həmrəy olduğunu bəyan edir


Ankara Axısqa türklərinin sovet diktatoru İosif Stalin tərəfindən Gürcüstandan Mərkəzi Asiyaya deportasiya olunmasının 74-cü ildönümü günündə “onların mübarizəsinə” bundan sonra da dəstək verəcəyini bəyan edib.

Türkiyə Xarici İşlər Nazirliyinin noyabrın 14-də yayılmış bəyanatında deyilir iki, Ankara Axısqa türklərinin “şəraitini və repatriasiya prosesini yaxından izləməkdə davam edəcək”.

Sovet hökuməti 115 minə yaxın Axısqa türkünü 1944-cü il, noyabrın 14-də yük vaqonlarına dolduraraq kütləvi şəkildə sürgün edib. Onları bir millət kimi Türkiyəyə loyallıqda ittiham edirdilər.

Əksəriyyəti uşaqlar və qocalar olmaqla 13 min insan Rusiyanın cənubu və Mərkəzi Asiyanın yollarında tələf olub.

Qafqazlardan İkinci Dünya Müharibəsi illərində deportasiya olunmuş başqa xalqlardan fərqli olaraq mesxetililərə tam şəkildə rəsmi bəraət verilməyib.

Gürcüstan 2007-ci ildə Axısqa türklərinin repatriasiyası barədə qanun qəbul etsə də, onlar tarixi vətənlərinə qayıtmaq üçün lazımi sənədləri gürcü rəsmilərdən almaqda çoxsaylı bürokratik əngəllərlə üzləşiblər.

Dünyada 600 minədək Axısqa türkünün olduğu təxmin edilir. Onların əksəriyyəti Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan və Birləşmiş Ştatlarda məskunlaşıb.

XS
SM
MD
LG