Accessibility links

Ankarada suriyalı qaçqınlara hücum olub


Türkiyənin paytaxtı Ankarada suriyalı qaçqınlara qarşı zorakılıq həyata keçirilib. Türkiyə hazırda dörd milyondan çox qaçqına ev sahibliyi edir və Əfqanıstandan daha çox insan gəlir. Ölkədə sosial gərginliyin artması qorxusu artmaqdadır.

Çərşənbə günü yüzlərlə insan Ankaranın yaxınlığındakı Altındağda suriyalıların evlərinə hücum edib. Suriyalıların mağazalar da hədəf alınıb. Qəzəbli kütlə mağazaları qarət edib.

Qəzəbə səbəb yerli bir türk gəncin suriyalılar tərəfindən öldürülməsi iddiası olub. Polis müdaxilə etməyə çalışıb və insanları evlərinə dönməyə çağırıb, lakin buna nail olunmayıb. Zorakılıq saatlarla davam edib.

Təsdiq edilməmiş məlumatlara görə, insanlar hücumlara qoşulmaq üçün şəhəri gəzib. Xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Suriyadakı vətəndaş müharibəsindən qaçan bir çox suriyalı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) şəhərətrafı seçki istehkamı olan Altındağda məskunlaşıb.

Adının açıqlanmasını istəməyən bir mağaza sahibi insanların qaçqınlara qarşı səbrinin tükəndiyini deyib. “Qoy geri getsinlər. Onlar hər yerdədirlər - solda, sağda, ortada” - deyə, o bildirib və əlavə edib ki, o, burda qalan yalnız üç türk mağaza sahibindən biridir.

Türkiyə on ildir Suriyada davam edən vətəndaş müharibəsindən qaçan milyonlara insana qapılarını açıb. Global Source Partners-dan siyasi təhlilçi Atilla Yeşilada hökumətin qaçqın siyasətinə qarşı narazılığın getdikcə artdığını və bunun Talibandan qaçaraq Türkiyəyə gələn əfqanların sayının artması ilə daha da şiddətlənəcəyini deyir.

"Bu, yalnız 3,6 milyon suriyalı deyil, bu, azı iki min iranlı, yarım milyon iraqlı, turist vizası ilə gələn naməlum sayda afrikalıdır. İndi isə əfqanlar və digər Orta Asiya ölkələrindən insanlar gəlir və minimum əmək haqqının yarısına işlədikləri üçün iş yerlərini oğurlayırlar." - deyə, Yeşilada bildirir.

Ərdoğan hazırda İran və ya İraqla sərhəddə divarların əhəmiyyətli dərəcədə yüksəldiyini və həmin divarların ölkəyə qanunsuz köçkün qarşısını almaq üçün olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG