Accessibility links

Türkiyə Avropa İttifaqına üzvlük danışıqlarının dayandırılması qərarını rədd edib


Türkiyə Avropa Parlamentində Ankara ilə Avropa İttifaqına üzvlük danışıqlarının dayandırılmasına dair qəbul edilmiş qərarı rədd edib və onu “birtərəfli” adlandırıb.

Ankara martın 13-də açıqladığı bu bəyanatda barışdırıcı tonunu saxlayıb və vurğulayıb ki, Avropa İttifaqına üzvlük Türkiyə üçün məqsəd olaraq qalır.

Avropa Parlamenti bu ölkədə insan haqlarının kütləvi pozulmasını və qanunun aliliyinə riayət edilmədiyini əsas gətirərək martın 13-də icrası icbari olmayan qətnamə qəbul edib.

Avropa Parlamentində Türkiyə ilə Avropa İttifaqına üzvlük danışıqlarının dondurulması barədə qərar 370 leyhinə, 109 əleyhinə olmaqla qəbul edilib. Səsvermədə 143 millət vəkili bitərəf qalıb.

Avropa Parlamentində səsə qoyulmuş qətnamənin təşəbbüsçüsü, hollandiyalı mərkəz-solçu siyasətçi xanım Kati Piri deyib: "Nədə günahlandırıldığını bilmədən 17 ay qəfəsdə saxlanmaq bugünkü Türkiyənin reallığıdır.”

Türkiyənin bu qətnaməyə cavab bəyantında qərar “ziddiyyətli və qərəzli” adlandırılır, lakin Ankara Avropa İttifaqı üzvlüyünün onun üçün məqsəd olduğunu təsdiqləyir.

Ankaranın bəyantında habelə deyilir ki, Türkiyə insan haqları və ədliyyə sahəsində islahatlara sadiq qalır.

Türkiyə artıq 20 ildir ki, Avropa İttifaqı üzvlüyünə namizəddir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG