Accessibility links

Türkiyə Avropanın əfqanıstanlı qaçqınlara ev sahibliyi etmək çağırışını rədd edib


Avropa İttifaqı və Britaniya Türkiyənin Avropada sığınacaq axtaran əfqanıstanlı qaçqınların yerləşdirilməsi üçün bir mərkəz olmasını istəyir. Türkiyə bu çağırışı rədd edir.

Türkiyə hökuməti əfqanıstanlı qaçqınların yerləşdirilmə mərkəzinə çevrilməsi üçün Avropadan gələn çağırışları rədd edir. Hökumət sözçüsü Ömər Çelik bazar ertəsi günü bildirib ki, Türkiyə, Suriyadakı vətəndaş müharibəsindən təxminən beş milyona yaxın qaçqına ev sahibliyi edir və artığını qəbul edə bilməz.

Çelik Türkiyənin daha bir qaçqın belə qəbul etmək gücünün olmadığını deyir. O, Türkiyənin nə qaçqın düşərgəsi olduğunu, nə də bir keçid məntəqəsi olduğunu bildirib.

Çelikin şərhləri Britaniyanın bazar günü müdafiə nazirliyindəki mənbələrə istinadən verdiyi xəbərlərə cavab olaraq gəlib. Açıqlamada Londonun Türkiyə kimi ölkələrin əfqanıstanlı qaçqınlar üçün yerləşdirmə mərkəzləri yaratmasına ümid etdiyi bildirilmişdi.

Son bir neçə gündə oxşar təkliflər Almaniya kansleri Angela Merkel və Avropa Şurasının prezidenti Çarl Mişel tərəfindən verilib.

Aİ ilə əldə edilən razılaşmaya əsasən, Türkiyə hazırda milyardlarla dollarlıq yardım müqabilində vətəndaş müharibəsindən təxminən dörd milyon suriyalı qaçqına ev sahibliyi edir.

Lakin analitik Aslı Aydıntaşbaş deyir ki, Türkiyə ictimaiyyəti əfqanıstanlı qaçqınlar ilə bağlı hər hansı yeni razılaşmanın əleyhinədir.

Aydıntaşbaş "Türkiyə və Aİ arasında qaçqın müqaviləsi olaraq bu cür böyük məbləğlər müqabilində Türkiyəni qaçqınları saxlamaq məcburiyyətinə salan danışıqlar aparılır. Düşünürəm ki, Avropanın Türkiyəni öz sərhədlərində qaçqın düşərgəsi kimi istifadə etməsi ilə bağlı bir növ narazılıq var. İnsanlar bundan narahatdır. Amma bunun Türkiyə üçün böyük bir siyasi dəyəri var. İnsanlar qaçqın siyasəti ilə bağlı hökuməti sorğu-suala tuturlar " - deyə bildirib.

Bu ayın əvvəllərində yüzlərlə insanın suriyalı miqrantların evlərinə və dükanlarına hücum etdiyi paytaxt Ankaranın ətrafında qaçqınlardan narazılıq zorakılıq insidenti ilə nəticələnib.

Ankara indi Türkiyəyə daxil olmaq istəyən əfqanlar üçün əsas tranzit yolu olan İran sərhədini qorumaq üçün səylərini artırır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərhəddə hasarın inşasının sürətləndiriləcəyini açıqlayıb.

Təxminən 300 kilometr uzunluğunda İran sərhədində ən son müşahidə cihazları ilə təchiz edilmiş əlavə türk qüvvələri yerləşdirilir.

İran sərhədindəki Türkiyə Təhlükəsizlik Müdiri Hüseyn Ediz Tercanoğlu bazar ertəsi sərhədin hər hansı bir qaçqın dalğasına qarşı təhlükəsiz olacağını deyib.

XS
SM
MD
LG