Türkiyə polisi İstanbulda yenicə məscidə çevrilən Ayasofyaya hücum planlaşdırmaqda şübhələnilən Türkiyədəki İslam Dövlətinin əsas fiqurlarından olan Mahmut Özdənin həbs edildiyini bildirib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu çərşənbə axşamı İslam Dövlətinin ərəb diindəki adından istifadə edərək "Dayeşin ciddi planlar hazırlayan Türkiyə əmiri həbs olundu" - deyə, tvitter səhifəsində yazıb.
Özdən və daha üç nəfər avqustun 20-də ölkənin cənub Adana şəhərində həbs edilib. İstanbul məhkəməsi bazar ertəsi rəsmi həbs qərarı verib.
Türkiyənin dövlət Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Özdənin həbsi İslam Dövlətinin Ayasofya və digər bir neçə təsisata hücum planlaşdırıldığına dair kəşfiyyatın əldə etdiyi məlumatlara əsaslanaraq, keçən ay İstanbul Polis İdarəsi tərəfindən aparılan əməliyyat nəticəsində baş tutub.
Avqustun 18-də keçirilən əməliyyat zamanı polis İstanbuldakı bir mehmanxanada İŞİD üzvü olmaqda şübhəli Hüseyin Sağır adlı şəxs də yaxalanıb. Onun qaldığı mehmanxana otağında AK-47 avtomatı və 5 daraq aşkar edilib.
Türkiyə rəsmiləri Sagirin istintaqı zamanı aşkar olunan məlumatların, şifrəli mesajların polisin İslam Dövlətinin yüksək səviyyəli döyüşçülərindən əmr alan Özdənin izinə düşməsinə yardım etdiyini deyib.
Daxili işlər naziri Soylu deyib ki, Özdənin evində aparılan axtarış zamanı ələ keçirilmiş bir neçə rəqəmsal material onun hücumlarını 10-12 nəfərlik qruplar vasitəsilə həyata keçirməyi planlaşdırdığına işarədir.
"Polis həmçinin siyasətçiləri və dövlət adamlarını Suriyaya qaçırma və Türkiyə iqtisadiyyatına zərər verə biləcək planları ələ keçirdi" - deyə, Soylu çərşənbə axşamı Qara dəniz bölgəsindəki daşqınların baş verdiyi Giresun şəhərini ziyarət edərkən jurnalistlərə bildirib.
Türkiyənin yerli mətbuatının bildirdiyinə görə, 2017-ci ildən bəri Özdənfərqli ittihamlarla azı üç dəfə həbs olunub. İddialara görə, o özünü İslam Dövlətinin yüksək səviyyəli üzvlərini adlandırdığı kimi, Türkiyənin cənub əyaləti Adanada özünü “əmir“ adlandırırdı.